Bu
gün tam əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycan dövlətində bütün
sahələrdə vətəndaş amili ön plana çəkilir. Həyata keçirilən layihələr,
məqsədyönlü işlər, imzalanan çoxsaylı Fərman və Sərəncamlar birbaşa vətəndaş
amilinə xidmət edir. Bunu ölkə Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı
"Xalqa ləyaqətlə xidmət etmək, vətəndaşlara diqqət və qayğı göstərmək hər bir
dövlət məmurunun borcudur. Mən Prezident kimi öz vəzifəmi xalqa xidmətdə
görürəm” söyləməsi də bir daha sübut edir ki, Azərbaycanda vətəndaş amili dövlət
siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bir sözlə,
vətəndaşlara olan diqqət və qayğı bütün işlərdə hər zaman yüksəkdə dayanır.
Dövlət
başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr, sakinlərlə bağlı
atdığı nümunəvi addımlar Qazaxda da hiss olunur. Bunu son 3 ildə rayonda görülən
işlərdən, həyata keçirilən tədbirlərdən, ən əsası da vətəndaş mövqeyinin, onlara
olan diqqət və qayğının üstün tutulmasından aydın şəkildə görmək olar.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk
gündən vətəndaş amilini ön plana çəkməsinin bariz nümunəsi isə sakinlərlə
keçirdiyi görüşlər, mütəmadi olaraq sakinlərin arasında olması, onların qayğıları
ilə yaxından maraqlanması, narahat edən məsələləri öz dillərindən eşitməsi və
həlli istiqamətində tapşırıqlar verməsidir. Ən əsası da istər iş fəaliyyətində,
istərsə də göstərdiyi diqqət və qayğıda hər zaman vətəndaş məmnunluğunu,
onların rahatlığını, xoş güzəranını əsas götürməsidir.
Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov bu gün də "Nazim” MMC-yə məxsus şəhərin mərkəzində yerləşən mərkəzi bazarda
olub, sakinlərlə görüşüb. Sakinlərlə səmimi
söhbət edən rayon rəhbəri onları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik edib, xoş arzularını
çatdırıb. 2020-ci ilin ölkəmiz və xalqımız üçün düşərli bir il olmasını diləyib.
"Fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, hər zaman siz sakinlərin
yanında olum, mövcud vəziyyəti, sizləri narahat edən qayğıları öz dilinizdən
eşidim”, - deyən icra başçısı bugünkü görüşün də məhz bu məqsədi daşıdığını bir
daha qeyd edib. Onlara olan diqqət və qayğının bundan sonra da olduğu kimi davam
etdiriləcəyini, ən əsası isə ölkə rəhbərinin istəyinə uyğun şəkildə yerinə
yetiriləcəyini diqqətə çatdırıb.
Sonra rayon rəhbəri mərkəzi
bazarda yaradılan səliqə-sahman, satılan hər bir məhsulun keyfiyyəti və qiymətləri
ilə maraqlanıb. Əhalinin sağlamlığının qorunması baxımından keyfiyyətə, xüsusilə
də sanitariya qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu
vurğulayıb və bununla bağlı tapşırıqlarını verib.
Rayon rəhbərini səmimiyyətlə
qarşılayan sakinlər ölkəmizdə vətəndaş amilinin, mövqeyinin üstün tutulmasını,
sakinlərə olan qayğının yüksək səviyyədə olmasını, ənənəvi hal alan bu cür
görüşlərin keçirilməsini minnətdarlıq hissi ilə qarşılayıblar. Bu cür diqqət və
qayğının onlarda ruh yüksəkliyi və dövlət-xalq birliyinə böyük inam hissi
yaratdığını söyləyiblər. Ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının
yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan, imzalanan Fərman və
Sərəncamlardan, vətəndaşlara olan dövlət qayğısından söz açan sakinlər razılıqlarını
bildiriblər.
GOYEZEN.AZ
Geri qayıt
|