Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda hesabat-seçki yığıncağı keçirilib
Qazaxda hesabat-seçki yığıncağı keçirilib18-03-2017, 13:37 |
Qazax rayon İcra Hakimiyyəti Başçısının Aparatı və İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərinin ilk Həmkarlar İttifaqı Təşkilatının hesabat-sekçi yığıncağı keçirilib. Sədr və katib seçildikdən, gündəlik təsdiq olunduqdan sonra Həmkarlar İttifaqı Komitəsinin sədri Sərdar Orucov məruzə ilə çıxış edərək 2014-cü ilin aprel ayından 2017-ci ilin mart ayınadək olan dövr üçün Qazax rayon İcra Hakimiyyəti Başçısının Aparatı və İcra Hakimiyyəti Başçısının İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərinin ilk Həmkarlar İttifaqı Təşkilatının fəaliyyəti haqqında məlumat verib. Sonra çıxışlar olub. Qazax RİHB Aparatının məsul işçilərindən aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, məsləhətçilər Vəfa Cəbiyeva və Aqil İsmayılov çıxış edərək həmkarlar ittifaqının yaranma tarixindən və fəaliyyətindən danışıblar. Tədbirdə qərar layihəsi təsdiq edildikdən sonra tərkibi 5 nəfərdən ibarət komitə üzvləri seçilib. RİHB Aparatında baş məsləhətçi Sərdar Orucov, aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, aparıcı məsləhətçi Müşfiq Pirverdiyev, RİHB-nın Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Zahid Mirzəyev, RİHB-nın şəhər İƏD-si üzrə nümayəndəliyində baş mühasib Raqif Xasməmmədov Qazax RİHB Aparatı və RİHB-nın İƏD-ləri üzrə nümayəndəliklərinin Həmkarlar İttifaqı Komitəsinə üzv seçiliblər. Sonda Qazax RİHB Aparatı və RİHB-nın İƏD-ləri üzrə nümayəndəliklərinin Həmkarlar İttifaqı Təşkilatından Dövlət İdarələri İctimai Xidmət İdarələri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin VI konfransına tərkibi 14 nəfərdən ibarət olan nümayəndələr seçilib. Dövlət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri Yasin Əkbərov tədbirdə çıxış edib. Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq yeni seçilən üzvlərə tapşırıq və tövsiyələrini verib. GOYEZEN.AZ
Geri qayıt |