6 Dekabr - Rabitə və informasiya texnologiyaları
işçilərinin peşə bayramı günüdür. 1881-ci ilin həmin
günü Bakıda Azərbaycanda ilk telefon xətti işə salınıb. Peşə bayramı cənab Prezident
İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamına müvafiq olaraq təsis
edilib. Rabitə və
informasiya texnologiyaları sahəsində çalışan işçilər onlar üçün böyük önəm
kəsb edən 6 dekabr tarixini 13 ildir ki, peşə bayramı günü kimi qeyd edirlər.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon
Telekommunikasiya Qovşağının rəisi Əyyub
Dünyamalıyevi və "Azərpoçt”
MMC-nin Qazax Poçt filialının direktoru Ədalət Hüseynovu peşə bayramları münasibətilə Fəxri Fərmanla
təltif edib. Səmimi qəlbdən təbrik edərək bundan sonrakı işlərində daha böyük
uğurlar arzulayıb.
Fəxri Fərmanla təltif edilən Əyyub Dünyamalıyev və
Ədalət Hüseynov çıxış edərək Respublika Prezidenti İlham Əliyevin imzaladığı müvafiq
Sərəncamı bu sahədə çalışan insanların əməyinə verilən ən yüksək qiymət kimi
dəyərləndiriblər. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova onlara
göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlıqlarını bildiriblər. Hər
iki müəssisənin kollektivi olaraq bundan sonra da rayonda rabitə
və informasiya texnologiyaları sahəsinin
inkişaf etdirilməsi istiqamətində daha böyük səylə çalışacaqlarını qeyd
ediblər.
GOYEZEN.AZ