Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


21-11-2019, 22:34


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edərək onları narahat edən bir sıra məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.

Xanlıqlar kənd sakini Məmmədova Türkan Azər qızının işlə təmin olunması barədə müraciətinə cavab olaraq Dövlət qulluğuna imtahanda iştirak etməsi tövsiyə olunub.

Daş Salahlı kənd sakini Əsgərova Bafaya Nəzir qızı isə gəlininin işlə təmin edilməsi barədə müraciət edib. Vətəndaşa onun istəyinə uyğun boş iş yeri yaranan zaman baxılacağı bildirilib.

Şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Mustafayev Vahid Mahal oğlunun, Qarapapaq kənd sakini Abdullayeva Validə Altay qızının, Yuxarı Salahlı kənd sakinləri Abdullayev Məhəd Həmid oğlunun, Mustafayeva Çimnaz Köçər qızının, Bağanıs Ayrım kənd sakini Poladova Dilqəm Mahmud qızının, Ağköynək kənd sakini İsmayılova Zibarə Mustafa qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.






 

GOYEZEN.AZ


Geri qayıt