Respublika
Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı "Xalqa ləyaqətlə xidmət etmək,
vətəndaşlara diqqət və qayğı göstərmək hər bir dövlət məmurunun borcudur. Mən
Prezident kimi öz vəzifəmi xalqa xidmətdə görürəm” söyləməsi bir daha sübut
edir ki, ölkəmizdə vətəndaş amili hər zaman yüksəkdə dayanır, vətəndaşlara olan
diqqət və qayğı bütün işlərdə prioritet sahə kimi götürülür.
Dövlət
başçısının vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr, sakinlərlə bağlı
atdığı nümunəvi addımlar Qazaxda da hiss olunmaqdadır. Bunu son 3 ildə görülən
işlərdə, həyata keçirilən tədbirlərdə vətəndaşlara olan diqqət və qayğının öz
real əksini tapmasından aydın şəkildə görmək olur.
Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi fəaliyyətə
başladığı ilk gündən vətəndaş amilini ön plana çəkməsinin ən bariz nümunəsi isə
sakinlərlə keçirdiyi görüşlər, mütəmadi olaraq sakinlərin arasında olması,
onların qayğıları ilə yaxından maraqlanması, narahat edən məsələləri öz
dillərindən eşitməsi və həlli istiqamətində tapşırıqlar verməsidir. Bütün
bunlar isə bir amala xidmət edir ki, onun da kökündə yenə də vətəndaş
məmnunluğu, onların rahatlığı, xoş güzəranı dayanır.
Bu gün icra başçısı "Nazim”
MMC-yə məxsus şəhərin mərkəzində yerləşən mərkəzi bazarda olub, sakinlərlə
görüşüb, səmimi söhbət edərək onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb,
müraciətlərini dinləyib.
"Rəhbər kimi təyin olunduğum
ilk gündən çalışmışam ki, hər zaman siz sakinlərin yanında olum, mövcud vəziyyəti,
sizləri narahat edən qayğıları öz dilinizdən eşidim”, - deyən icra başçısı
bugünkü görüşün də məhz bu məqsədə xidmət etdiyini bir daha qeyd edib. Onlara
olan diqqət və qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini, ən əsası
isə ölkə rəhbərinin istəyinə uyğun şəkildə yerinə yetiriləcəyini diqqətə
çatdırıb.
Mərkəzi bazarda yaradılan səliqə-sahmandan
danışan icra başçısı bu işlərin olduğu kimi davam etdirilməsini bildirib. Sakinlərlə
səmimi söhbət aparan rayon rəhbəri satılan hər bir məhsulun keyfiyyətinə, təmizliyinə
fikir verilməsini tövsiyə edib və əhalinin sağlamlığının qorunması baxımından
keyfiyyətin, xüsusilə də sanitariya qaydalarına ciddi əməl olunmasının çox
vacib məsələ olduğunu vurğulayıb.
Rayon rəhbərini səmimiyyətlə
qarşılayan sakinlər ölkəmizdə vətəndaş amilinin, mövqeyinin üstün tutulmasını,
sakinlərə olan qayğının yüksək səviyyədə olmasını, ənənəvi hal alan bu cür
görüşlərin keçirilməsini minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd ediblər.
Bu cür diqqət və qayğının onlarda ruh yüksəkliyi və dövlət-xalq birliyinə böyük
inam hissi yaratdığını söyləyiblər. Ölkə başçısı tərəfindən əhalinin maddi
rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan,
imzalanan Fərman və Sərəncamlardan, vətəndaşlara olan dövlət qayğısından söz
açaraq razılıqlarını bildiriblər.
GOYEZEN.AZ
Geri qayıt
|