Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


29-10-2019, 21:28

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edərək onları narahat edən bir sıra məsələləri dinləyib.

Şəhər sakini Şıxıyeva Sevinc İsrayıl qızının, Ağköynək kənd sakini Məmmədova Vüsalə Səfərqulu qızının mənzillə təmin olunmaq barədə müraciətlərini dinləyən rayon rəhbəri boş yer yaranan zaman baxılacağını bildirib.

Şəhər sakini Həsənova Solmaz Alı qızının gəlininin işlə təmin olunması ilə əlaqədar müraciətinə cavab olaraq vətəndaşın istəyinə uyğun boş yer yaranarsa köməklik ediləcəyi qeyd edilib.

Şəhər sakinləri Zeynalov İsman Novruz oğlunun, Budaqova Tamella Kamil qızının, Adamov Akif Hətəm oğlunun, Qarapapaq kənd sakini Bəhrəmova Fatma Şekayım qızının, Barxudarlı kənd sakini Əsgərova Ülkər Səyad qızının, Xanlıqlar kənd sakini Süleymanova Raxmayə Mustafa qızının, Qazaxbəyli kənd sakini Süleymanov Feyruz Həsən oğlunun, Ağköynək kənd sakinləri Cəfərova Günel İlqar qızı və onun həyat yoldaşı Salahov Taleh Siyavuş oğlunun, Yusifova Cavahir Osman qızının, Kosalar kənd sakini Qasımova Dilarə Məzahir qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.





GOYEZEN.AZ

 


Geri qayıt