Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib16-09-2019, 23:04 |
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər dinlənilib. Kosalar kənd sakini Mansurova Aynur Nəsir qızının işlə təmin olunması ilə bağlı müraciətinə cavab olaraq kənd təsərrüfatı üzrə müvafiq iş yerləri təklif olunub. Şəhər sakini Hüseynova Günel Elçin qızı da işlə bağlı müraciət edib. Vətəndaşa Dövlət Qulluğuna imtahanda iştirak etməsi tövsiyə edilib. Şəhər sakini Hüseynova Səadət Səyad qızının sığınacaqla bağlı müraciətinə cavab olaraq boş yer yaranan zaman baxılacağı bildirilib. Kosalar kənd sakini Abbasov Məzahir Qasım oğlunun, Ağköynək kənd sakini Musayeva Gülnarə Rövşən qızının, Qarapapaq kənd sakini Rəhimov Gündüz Səməd oğlunun, Xanlıqlar kənd sakini Alisgəndərova Kəmalə Bayram qızının, Orta Salahlı kənd sakini Mehdiyev Murad Ələkbər oğlunun, Aşağı Əskipara kənd sakini İsmayılov Etibar Qurbanəli oğlunun müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |