Əsas Səhifə > Manşet / Rəsmi > Prezident Administrasiyası və Rayon İcra Hakimiyyətləri vətəndaşların problemlərini daim diqqətdə saxlayır

Prezident Administrasiyası və Rayon İcra Hakimiyyətləri vətəndaşların problemlərini daim diqqətdə saxlayır


21-08-2019, 18:57


Qazax şəhərində yeni salınmış Canalı yaşayış massivində 100-ə yaxın əhalinin içməli su problemi ilə əlaqədar narahatlığı Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlovun iştirakı ilə yerində araşdırılmışdır.

Sakinlərlə görüş zamanı isti havalarla əlaqədar olaraq artezianın mühərrikində texniki nasazlıq yaranması nəticəsində suyun verilməsində problem olduğu müəyyən edilmişdir. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yeni artezian mühərriki quraşdırılmış, problem yerindəcə öz həllini tapmışdır.

Sakinlər paytaxtdan 500 km məsafədə yerləşən rayonun hər bir vətəndaşının probleminin diqqətdə saxlanılmasına görə cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirib, Prezident Administrasiyasının əməkdaşından xoş sözlərinin ölkə rəhbərliyinə çatdırılmasını xahiş etdilər.



GOYEZEN.AZ


Geri qayıt