Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı Aşağı Salahlı kəndində dolu vurması nəticəsində ziyan dəymiş üzüm bağlarında olub

İcra başçısı Aşağı Salahlı kəndində dolu vurması nəticəsində ziyan dəymiş üzüm bağlarında olub


3-08-2019, 15:41


Əvvəlki yazılarımızda Qazax Rayon İcra Hakimiyyətinə müraciət etmiş Aşağı Salahlı kəndindən olan 41 nəfərin üzüm bağına dolu vurması nəticəsində təsərrüfatlarına ciddi ziyan dəyməsi və rayon rəhbərliyi tərəfindən həmin məsələyə dəfələrlə baxılması barədə məlumat vermişdik. Sakinlərlə görüş zamanı rayon rəhbərliyi ziyan dəymiş həmin təsərrüfatlarda olacağını qeyd etmişdi.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov vətəndaşların istəyini nəzərə alaraq Aşağı Salahlı kəndində olub, ciddi ziyan dəymiş üzüm bağlarının mövcud vəziyyəti ilə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, ümumi sahəsi 65 hektar olan üzüm bağına dəymiş ziyan nəticəsində məhsulun 50%-dən çoxu yararsız hala düşüb.

Sakinlərlə söhbət aparan icra başçısı əvvəlki görüşlərdə də səsləndirildiyi kimi, məsələyə İcra Aparatında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasında ətraflı şəkildə bir daha baxılacağını, lazımi təşkilatlar qarşısında məsələ qaldırılması üçün rəsmi müraciət olunacağını qeyd edib. Məsələnin həlli ilə bağlı mümkün olan nə varsa, o istiqamətdə məqsədyönlü işlər görüləcəyini söyləyib.

Sakinlər onları qəbul edib müraciətlərini dinlədiyinə, bu gün isə kəndə gələrək mövcud vəziyyəti yerində öyrəndiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Ölkə Prezidenti İlham Əliyevin hər zaman vətəndaş amilini ön plana çəkməsini, dövlətimiz tərəfindən respublikamızda baş verən hər hansı bir hadisəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edən sakinlər onlara da dəstək olunacağına ümid etdiklərini vurğulayıblar.







GOYEZEN.AZ


Geri qayıt