Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > Qazaxda içməli və suvarma suyunun mövcud vəziyyəti ilə bağlı iclas keçirilib

Qazaxda içməli və suvarma suyunun mövcud vəziyyəti ilə bağlı iclas keçirilib


1-08-2019, 20:39

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətində rayonun içməli və suvarma suyunun mövcud vəziyyətinə dair iclas keçirilib. Rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən iclasda rayonda içməli və suvarma suyunun hazırki durumu müzakirə olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, hər kəsə yaxşı məlumdur ki, havaların quraq keçməsi ilə əlaqədar Ağstafaçay su anbarında suyun səviyyəsinin aşağı olması ilə bağlı rayonun əksər kəndlərində içməli və suvarma suyunun verilməsində fasilələr yaranıb. Rayon rəhbəri bu gün rayonda su məsələsi ilə bağlı yaranan mövcud vəziyyəti nəzərə alaraq vətəndaşların müraciətlərinə daha həssas yanaşmağı, hazırki durumu onlara izah etməyi bildirib və bununla bağlı aidiyyəti üzrə tapşırıqlarını verib. İcra başçısı sakinləri narahat edən hər bir məsələyə daha operativ şəkildə baxılmasını, əldə olan imkanlardan maksimum dərəcədə səmərəli istifadə edilməsini qeyd edib. Yaranmış vəziyyətlə bağlı həlli mümkün olan nə varsa edilməsini vurğulayıb. Sudan qənaətlə istifadə olunmasını və bunun üçün növbəlilik qrafikinə ciddi əməl edilməsini bildirib.

İcra başçısı yaranmış vəziyyətin aradan qaldırılması üçün rayonda fəaliyyət göstərən subartezian quyularının daim işlək vəziyyətdə olması ilə bağlı məqsədyönlü işlərin görüldüyünü də diqqətə çatdırıb. Vətəndaşlar tərəfindən subartezian quyusunun işləməməsi ilə bağlı müraciətlərə dərhal reaksiya verildiyini, aidiyyəti təşkilatlar tərəfindən yerində baxış keçirildiyini və həlli mümkün olan nə varsa edildiyini qeyd edib.

Sonra rayon rəhbəri suvarma ilə bağlı kəndlərdə mövcud olan vəziyyəti öyrənmək üçün kənd icra nümayəndələrini və bələdiyyə sədrlərini dinləyib. Qeyd olunan məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.


GOYEZEN.AZ


Geri qayıt