Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşların müraciətinə baxılıb
Vətəndaşların müraciətinə baxılıb26-07-2019, 11:57 |
Bu gün Qazax Rayon İcra Hakimiyyətinə müraciət etmiş bir qrup Aslanbəyli kənd sakininin müraciətinə baxılıb. Sakinlər yaşadıqları ərazidə içməli su probleminin aradan qaldırılması üçün subartezian quyusunun qazılması ilə bağlı müraciət ediblər. Rayon rəhbəri Rəcəb Babaşov ölkə Prezidenti İlham Əliyevin hər zaman vətəndaş amilini ön plana çəkməsini qeyd edərək onların müraciətlərinə xüsusi həssaslıqla yanaşılacağını, məsələnin yerində araşdırılacağını bildirib. İcra başçısı "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamı ilə cari ildə rayonda daha 11 ədəd subartezian quyusunun qazılacağını qeyd edib. Həmin sərəncama əsasən qazılması nəzərdə tutulan subartezian quyusundan birinin məhz Aslanbəyli kəndinə salındığını vurğulayıb. Vətəndaşları diqqətlə dinləyən rayon rəhbəri qeyd olunan məsələ ilə bağlı aidiyyəti şəxslərə yerində baxış keçirilməsi, sakinlərin söylədikləri ərazidə subartezian quyusunun qazılmasının mümkün olub-olmamasının öyrənilməsi barədə tapşırıq verib. Bundan əlavə, subartezian quyusu qazılana kimi vətəndaşların içməli su probleminin həll olunması üçün ilkin olaraq təklif və tövsiyələrini bildirmələrini qeyd edib. Sakinlər onları qəbul edib müraciətlərini dinlədiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
GOYEZEN.AZ Geri qayıt |