Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib

Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib


4-07-2019, 20:00

Zabit Səttərov və başqalarından, 

Hörmətli cənab Prezident.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu inkişaf strategiyası və konsepsiyası Sizin sayənizdə müvəffəqiyyətlə davam etdirilir. Respublikamızda aparılan siyasət inkişafımızın əsasını təşkil edir. Ölkəmizin siması günbəgün, aybaay gözəlləşir. Bu işlərin hamısı Sizin sayənizdədir.

Son zamanlar imzaladığınız fərman və sərəncamlar xalqımız tərəfindən çox böyük sevinc və fərəhlə qarşılanır. Biz qazaxlılar da bu sevincə qoşulmuşuq.

Eyni zamanda, abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Bizim binamızda və onun həyətində aparılan əsaslı təmir və abadlıq işləri ürəyimizcə oldu.

Cənab Prezident, bütün bu işlərə görə binamızın sakinləri adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Allah hər zaman Sizə xoş günlər qismət etsin.

Hörmətlə,

Səttərov Zabit Zahid oğlu

Qasımova Alisa Cavan qızı

Binnətova Sahibə Əli qızı

Əskərova Afaq Elxan qızı

Abbasova Arzu Şükür qızı və başqaları (cəmi 15 nəfər).

Azərbaycan Respublikası, Qazax rayonu.


Geri qayıt