Ölkə Prezidenti İlham Əliyevin tapşırıq və
tövsiyələrinə əsasən Qazaxda həftə ərzində sakinlərlə səyyar görüşlərin, fərdi
qəbulların keçirilməsi, vətəndaşların istəyinə əsasən müraciətlərinə yerində
baxılması artıq bir ənənə halını alıb.
Bu gün Qazax
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev bir qrup
rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib,
onları narahat edən məsələləri dinləyib.
Şəhər sakini, müharibə veteranı Məmmədov Telman Tatar
oğlu torpaq sahəsi ilə təmin olunma barədə müraciət etdiyini vurğulayıb.
Vətəndaşa qanunamüvafiq qaydada izahat verilib.
Kosalar kənd sakini Əmirova Leyla Eyvaz qızının
sığınacaqla təmin edilmə və Xanlıqlar kənd sakini Məmmədova Züleyxa Nəsib
qızının evinin təmirinə köməklik olunması ilə əlaqədar müraciətlərinə
baxılacağı bildirilib.
GOYEZEN.AZ
Geri qayıt
|