Əsas Səhifə > Manşet / Rəsmi > Qazax rayon İcra Hakimiyyətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Qazax rayon İcra Hakimiyyətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb


24-02-2017, 16:15

Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bir sıra silsilə tədbirlər həyata keçirilir.

Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımını özündə əks etdirən filmə baxılıb.
Qazax rayon İcra Hakimiyyətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Qazax RİHB Aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Qazax rayon İcra Hakimiyyətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək bildirib ki, erməni daşnaqları həmişə torpaqlarımıza qarşı ərazi iddiası qaldırmış və zaman keçdikcə rus imperiyasının köməyi ilə həmin iddianı gerçəkləşdirmişlər. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ermənilərin genosid və cinayətkar siyasəti nəticəsində baş vermişdir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, ermənilərin bütün insanlığa, bəşəriyyətə qarşı törətdiyi ən ağır cinayətlərdən biridir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş soyqırımda 613 nəfər qətlə yetirilmişdir. Həlak olanların 70 nəfəri qoca, 63 nəfəri uşaq, 106 nəfəri qadın olmuşdur. Bundan başqa 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Əsir götürülən və itkin düşənlərin taleyi indi də məlum deyildir. Həmin vaxt dünya ictimaiyyətinin diqqəti bu dəhşətli soyqırıma yönəldilməli və hadisəyə hüquqi-siyasi qiymət verilməli idi. Lakin o vaxtki hakimiyyət tərəfindən bunların heç biri edilmədi, hadisənin əsl mahiyyəti xalqdan gizlədildi. Lakin ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqına və dünya ictimaiyyətinə hadisə barədə məlumat verildi. Bu qəddar cinayətin ilk hüquqi-siyasi qiymətini də ulu öndər, ümummilli lider Heydər Əliyev verdi. Onun təşəbbüsü ilə Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı geniş müzakirə edildi, bu hadisəyə siyasi-hüquqi qiymət verildi. Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş qərarla fevral ayının 26-sı “Xocalı soyqırımı günü” elan olundu.

Ölkəmizdə və dünya miqyasında bu istiqamətdə böyük işlərin aparılmasının və geniş tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, artıq dünyanın bir sıra böyük dövlətləri tərəfindən Xocalı faciəsi soyqırım kimi tanınmışdır.

R.Babaşov çıxışını Respublika Prezidenti İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı söylədiyi aşağıdakı sözlərlə bitirib: “Azərbaycana qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxaq miqyasda öz hüquqi–siyasi qiymətini almalıdır”.
Qazax rayon İcra Hakimiyyətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova məruzə ilə çıxış edərək Xocalı hadisələrindən, xalqımızın başına gətirilən müsibətlərdən söz açıb.

Sonra çıxışlar olub. Qazax RİHB Aparatının məsləhətçiləri Müşviq Pirverdiyev, Ülviyyə Namazova, Vəfa Cəbiyeva, aparıcı məsləhətçi Seymur Comərdov və baş məsləhətçi Svetlana Qurbanova çıxış edərək Xocalı faciəsinin XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş ən ağır, ən dəhşətli soyqırımlardan biri olmasından söz açıblar.

Qazax rayon İcra Hakimiyyətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Qazax rayon İcra Hakimiyyətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Qazax rayon İcra Hakimiyyətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Qazax rayon İcra Hakimiyyətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Qazax rayon İcra Hakimiyyətində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Elçin İSMAYIL.

Geri qayıt