Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


19-06-2019, 20:58


Respublika Prezidenti İlham Əliyevindövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazaxda hər zaman ön planda tutulur. Son 3 il ərzində rayon rəhbərinin dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq həftə ərzində sakinlərlə keçirdiyi səyyar görüşlər, fərdi qəbullar, eləcə də sakinlərin istəyinə əsasən yerində baxış keçirməsi bunun bariz nümunəsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Daş Salahlı kənd sakini, I qrup əlil Qocayeva Sevinc Məqsəd qızının oğlunun, Ağköynək kənd sakini Omarova Sevil Epitat qızının özünün, Xanlıqlar kənd sakini Mustafayev Nadir Mustafa oğlunun gəlininin işlə təmin olunmaları barədə müraciətinə cavab olaraq müvafiq iş yerləri təqdim olunub və təmin edilmələri barədə aidiyyəti üzrə tapşırıq verilib.

Xanlıqlar kənd sakini, şəhid anası Süleymanova Raxmaya Mustafa qızının övladının yaşadığı sığınacaqda eyvanın artırılmasına icazə verilməsi ilə bağlı müraciətinə yerində baxış keçiriləcəyi və qeyd olunan məsələyə baxılacağı bildirilib.

Şəhər sakinləri Əliyev İslam Babaş oğlunun, Budaqov Mehman Əli oğlunun, Məzəm kənd sakini Yusubov Elməddin Səhrəddin oğlunun müxtəlif səpkili müraciəti də müvafiq olaraq cavablandırılıb.




GOYEZEN.AZ


Geri qayıt