Bu gün Respublika Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Xüsusi
Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və
dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, Müdafiə Nazirliyinin hərbi
qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, Dövlət Gömrük Komitəsinin xüsusi
rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan
mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, Daxili İşlər Nazirliyinin Daxili
Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət
qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının,Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin hərbi
qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və
dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi
qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki
işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, Dövlət Miqrasiya Xidmətinin
xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu
olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının,Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və
dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, Dövlət
Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət
qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, Dövlət
Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət
qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının, Fövqəladə
Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının
aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq
vəzifə (tarif) maaşlarının, Daxili İşlər Nazirliyinin xüsusi
rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan
mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının sentyabrın 1-dən 40% artırılması haqqında 18 iyun 2019-cu il
tarixli Sərəncamlar imzalayıb.
Ölkə başçısı tərəfindən "Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli
1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə də müvafiq Sərəncam imzalanıb.
GOYEZEN.AZ
Geri qayıt
|