Əsas Səhifə > Manşet / Səhiyyə > Qazaxda səhiyyə sahəsində çalışan işçilər təltif olunublar
Qazaxda səhiyyə sahəsində çalışan işçilər təltif olunublar14-06-2019, 23:20 |
İnsan üçün çox qiymətli və ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri dayanır. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli Sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu. Bu gün Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində vicdanla dayanan minlərlə səhiyyə işçisi vardır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradıldığı tarixi nəzərə alaraq tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında imzaladığı 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax səhiyyəsində çalışan tibb işçilərinin də peşə bayramı ilə əlaqədar tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə icra aparatının məsul işçiləri, rayonda səhiyyə sahəsində çalışan işçilər və KİV nümayəndələri iştirak edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq əvvəlcə başda ölkə başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, bütün Azərbaycan xalqını, rayon ictimaiyyətini, tədbir iştirakçılarını 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Rayonda çalışan bütün səhiyyə işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edərək əhalinin sağlamlığının keşiyində dayanan tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb. 15 iyunun Azərbaycan xalqının həyatındakı tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından və bugünkü müstəqil Azərbaycanın təməlində həmin o günün olmasından söz açıb. Ümummilli liderin Azərbaycan xalqının səsinə səs verməsini, Azərbaycanı ikinci dəfə dağılmaq təhlükəsindən qorumasını xalqımıza verilən ən yüksək qiymət kimi dəyərləndirib. İcra başçısı ulu öndərin düşünülmüş və müdrik siyasətinin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam edirildiyini və bu inkişafın bütün sahələri əhatə etdiyini vurğulayıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Ölkəmizin iqtisadi, sosial-mədəni və digər sahələrdəki inkişafı ilə yanaşı, səhiyyə sisteminin təkmilləşməsinə göstərilən diqqət və qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində bu sahədə əhaliyə göstərilən xidmətin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib. Rayon rəhbəri səhiyyə sahəsində olan inkişafın Qazax rayonundan da yan keçmədiyini vurğulayaraq bu istiqamətdə görülən genişmiqyaslı işlərdən söz açıb. Qazax rayon Mərkəzi Xəstəxanasının tikintisini bu sahədə çalışan işçilərə, eləcə də düşmənlə sərhəddə yerləşən rayon sakinlərinə göstərilən diqqətin ən bariz nümunəsi olduğunu diqqətə çatdırıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapmasını bir daha dövlətin və dövlət başçısının qazaxlılara verdiyi yüksək qiymət kimi dəyərləndirib. Sonra tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən səhiyyə sahəsində çalışan bir qrup tibb işçisinə peşə bayramları münasibətilə əmək funksiyalarını peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Fəxri Fərmanlar və gül dəstələri təqdim edilib. Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək peşə bayramlarının bu cür yüksək səviyyədə qeyd olunmasına və tibb işçilərinə göstərdiyi diqqət və qayğıya görə bütün tibb işçiləri adından öz dərin minnətdarlığını bildirib. Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan səhiyyəsinin onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında böyük nailiyyətlər qazandığını qeyd edib. Hər il müasir standartlara cavab verən səhiyyə ocaqlarının, xəstəxanaların tikilərək istifadəyə verilməsini bu sahədə olan inkişafın bariz nümunəsi kimi qiymətləndirib.
GOYEZEN.AZ Geri qayıt |