Əsas Səhifə > Manşet / Ədəbiyyat > Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb


12-06-2019, 20:58


Bu gün Qazaxda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına əsasən Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-15 iyun tarixlərində Türk Dünyası Sənət Festivalı çərçivəsində Qazaxda işgüzar səfərdə olan rəssamların və Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin rəsmlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Azərbaycan, Özbəksitan və Qazaxıstan rəssamlarının Qazax rayonunda olduqları müddətdə çəkdikləri 45, qalereyanın dərnək üzvlərinin 10 rəsm əsəri nümayiş olunub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Əhmədovanın, Azərbaycan Rəssamlar İttifaqının üzvlərindən Aynurə Mustafayevanın, İslam İsrafilovun, Xanlar Əsədullayevin, Nazim Məmmədovun, Fərhad Yalquzağın, Nəzrin Xələfovanın, Günel Ravilovanın, Cavid Məmmədovun, Rusiyada rəssamlıq təhsili almış rəssam Ruslan Kovalyovun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrindən Nərgiz İbrahimovanın, Südabə İbadlının  və Elnarə Xanlarovanın bir-birindən gözəl rəsmləri sərgilənib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Xalq şairi İsmayıl Şıxlının 100 illik yubiley tədbiri və məqalə müsabiqəsi ilə əlaqədar yaradılmış işçi qrupunun üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və tədbir iştirakçıları sərgi ilə tanış olublar. Rayon rəhbəri hər bir rəsmin qarşısında dayanaraq əl işlərinə baxıb, rəssamlarla söhbət edib, rəsmlərdə nə demək istədikləri ilə maraqlanıb.









Sərginin təşəbbüskarı Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov sərgi barədə ətraflı məlumat verib. 5 iyun tarixindən Qazaxda işgüzar səfərdə olan rəssamların "Göyəzən” dağının ətəyində, "Damcılı” mağarasında olduqlarını bildirib. Rəsm əsərləri, etüdlər çəkdiklərini qeyd edib. Bundan əlavə, səfər çərçivəsində Qazaxın digər gəzməli, görməli yerləri, eləcə də rayonla ətraflı tanış olduqlarını vurğulayıb. Bu gün çəkilmiş həmin rəsmlərin, xüsusilə də Xalq şairi İsmayıl Şıxlının əks olunduğu əsərlərin görkəmli ədibin 100 illiyinə həsr olunmuş sərgidə nümayiş olunduğunu bildirib. Qalereyanın dərnək üzvlərinin Xalq şairinə həsr etdikləri əl işlərinin də yer aldığını qeyd edib.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək rayonumuzda qonaq olan rəssamları və tədbir iştirakçılarını salamlayıb. İsmayıl Şıxlı yaradıcılığına böyük qiymət verərək 100 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı ziyalılar adından öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, ölkə başçısı imzaladığı bu Sərəncamla bir daha göstərdi ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin ədəbiyyat sahəsinə, şairlərimizə, yazıçılarımıza olan diqqət və qayğısı bu gün də yaşadılır. Onun bu sahədə qoyduğu adət-ənənələr uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli, mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində gördüyü işlərdən danışan müavin onun bu xidmətlərinin xalqımız tərəfindən böyük minnətdarlıq və rəğbət hissi ilə qarşılandığını bildirib.

 

Ölkə başçısının 100 illik yubileylə bağlı imzaladığı Sərəncama əsasən keçirilən silsilə tədbirlərdən söz açan G.Həsənova icra başçısı tərəfindən Qazaxda yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması üçün rayonun ziyalılarından ibarət işçi qrupunun yaradıldığını, xüsusi Tədbirlər Planının hazırlandığını qeyd edib. Həmin Tədbirlər Planına uyğun olaraq görülən və eləcə də həyata keçirilməsi nəzərdə tutulan işlərdən də danışıb. Silsilə tədbirlərin keçirildiyini, xatirəsinə İkinci Şıxlı kəndi ərazisində bağ salındığını, ədəbi-bədii gecə keçirildiyini, breyn-rinq, məqalə müsabiqələrinin təşkil olunduğunu və s. işləri vurğulayıb. O, Xalq yazıçısının 100 illiyinə həsr olunmuş və onun haqqında toplanmış xatirələrdən ibarət kitabın nəşr olunacağını, görkəmli ədibin adını daşıyan Kosalar kənd tam orta məktəbin qarşısında büstünün qoylacağını, eləcə də bir sıra işlərin görüləcəyini diqqətə çatdırıb. G.Həsənova Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı Türk Dünyası Sənət Festivalı çərçivəsində Qazaxda təşkil olunan sərginin həmin əlamətdar tədbirlərin davamı olduğunu bildirib.

Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı, Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova çıxışlarında ölkəmizdə ziyalılara, tarixi şəxsiyyətlərə, şairlərə, söz adamlarına verilən dəyərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Qazaxda bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də silsilə tədbirlərin keçirildiyini və hər zaman yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər. Bu gün Xalq şairi İsmayıl Şıxlının 100 illik yubileyi ilə bağlı təşkil olunmuş sərgini həmin tədbirlərin bariz nümunəsi kimi qiymətləndiriblər.

Özbəkistan Rəssamlar İttifaqının üzvü Dilorom Mamedova, Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Əhmədova, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Cavid Məmmədov, Fərhad Yalquzaq və başqaları çıxış edərək əvvəlcə Xalq şairi İsmayıl Şıxlının 100 illiyi münasibətilə təşkil olunmuş sərgidə iştirak etdiklərinə və əl işlərinin nümayiş olunduğu üçün özlərini şanslı hesab etdiklərini, qürur və fəxarət hissi keçirdiklərini söyləyiblər. Qazax haqqında təəssüratlarını bölüşən rəssamlar son illər Qazaxda olan inkişafı, yenilikləri yüksək qiymətləndiriblər. Qazaxın füsunkar təbiətə malik olduğunu, insanlarının səmimi münasibət bəslədiklərini xüsusilə qeyd edərək onlara olan diqqət və qayğıya, qonaqpərvərliyə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Rayon Təhsil Şöbəsinin metodisti Orxan Əliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı Sərəncamın icrasından irəli gələn vəzifələr görkəmli şəxsiyyətin doğulduğu Qazax rayonunda da uğurla icra olunur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubiley tədbirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı 15 fevral 2019-cu il tarixli 9-21/34 nömrəli Sərəncamın imzalanması, həmin Sərəncama əsasən xüsusi Tədbirlər Planının hazırlanması bunun ən bariz nümunəsidir. O.Əliyev Tədbirlər Planında yer alan tədbirlərdən birinin Xalq yazıçısının 100 illik yubileyinə həsr olunmuş rayon məktəbliləri arasında keçirilən bilik yarışının olduğunu qeyd edib. Bildirib ki, bilik yarışının keçirilməsində əsas məqsəd məktəblilərin Xalq yazıçısının həyat və yaradıcılığı haqqında bilik və bacarıqlarını artırmaq idi ki, biz buna nail olduq.  O, breyn-rinq haqqında ətraflı məlumat verərək ilk olaraq 8 may 2019-cu il tarixdə S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbdə, 10 may 2019-cu il tarixdə isə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbdə 23 təhsil müəssisəsinin yuxarı sinif şagirdlərinin iştirakı ilə bilik yarışlarının zona mərhələsinin keçirildiyini bildirib. 23 may 2019-cu il tarixdə isə şəhər məktəblərindən S.Əfəndiyev adına 1 saylı, S.Vurğun adına 2 saylı, İ.Qayıbov adına 3 saylı tam orta məktəblər və M.Hüseyn adına məktəb-lisey, kənd məktəblərindən isə Ş.Nəsibova adına Sarıvəlli, M.Həsənov adına Birinci Şıxlı, V.Musayev adına İkinci Şıxlı və S.Nəsirov adına Ürkməzli kənd tam orta məktəblərin komandaları arasında bilik yarışının rayon mərhələsinin təşkil olunduğunu vurğulayıb. Yarışa 8 komanda (hər komandada 5 nəfər) olmaqla 40 nəfər məktəblinin qatıldığını qeyd edib. Final mərhələsində yekun nəticəyə görə S.Əfəndiyev adına şəhər 1 saylı tam orta məktəbin komandasının I yerə, M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin komandasının II yerə, S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbin komandasının isə III yerə layiq görüldüklərini bildirib.

Məqalə müsabiqəsi ilə bağlı yaradılmış işçi qrupunun üzvü, M.Hüseyn adına məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Nüşabə Yaqubova çıxış edərək müsabiqə barədə tədbir iştirakçılarını məlumatlandırıb. Yazılan məqalələrdə gənclərin İsmayıl Şıxlı şəxsiyyətinə, onun yaradıcılığına, əsərlərinə verdikləri qiymətin, Xalq şairinə olan sonsuz sevginin əks olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, istər yazılan məqalələrdə, istərsə də bu gün sərgilənən rəsmlərdə görkəmli şəxsiyyətə verilən dəyər bir daha nümayiş olundu. Gənclər bir daha sübut etdilər ki, illər keçsə də İsmayıl Şıxlı kimi böyük şəxsiyyət qəlblərdə əbədi olaraq yaşayacaqdır. Onun kişilik məktəbi bundan sonra da yetişməkdə olan gənc nəsil üçün əsl örnək olacaqdır. N.Yaqubova məqalə müsabiqəsinin şərtlərindən söz açaraq yekun nəticəyə görə Bakı Dövlət Universiteti Qazax filialının Azərbaycan dili və ədəbiyyat ixtisasının III kurs tələbəsi Nicat Bədəlovun I yerə, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin III kurs tələbəsi Leyla Məmmədovanın II yerə, Bakı Dövlət Universiteti Qazax filialının Sosial iş ixtisasının (2-18) I kurs tələbəsi Musa Paşayevin isə III yerə layiq görüldüyünü bildirib.

Sonra Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş breyn-rinq, məqalə və rəsm müsabiqələrinin qalibləri hədiyyələrlə mükafatlandırılıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun müvafiq Sərəncamı ilə məqalə müsabiqəsinin qalibləri Nicat Bədəlov, Leyla Məmmədova, Musa Paşayev, rəsm müsabiqəsinin qalibləri Aynurə Mustafayeva, Mərziyyə İbrahimova, Şəbnəm Əliyeva Fəxri Fərmanla təltif olunublar.

Rayonumuzda qonaq olan Özbəksitan və Qazaxıstan rəssamlarına Xalq şairi İsmayıl Şıxlının 100 illiyi münasibətilə hazırlanmış xatirə hədiyyələri təqdim edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova tədbirə yekun vuraraq hər üç müsabiqənin qaliblərini bir daha təbrik edib. İsmayıl Şıxlı yaradıcılığına, bütövlükdə qazaxlı ziyalılara verilən dəyərə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə ziyalılar adından sonda bir daha minnətdarlığını bildirib. 


























 

GOYEZEN.AZ


Geri qayıt