Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Vətəndaşlar fərdi şəkildə qəbul edilib7-06-2019, 22:32 |
Qazax rayonunda daim diqqət mərkəzində saxlanılan ən mühüm sahələrdən biri məhz vətəndaşlarla bağlı olan sahədir. Ölkə Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara göstərilən qayğının ən bariz nümunəsi isə son 3 ildə Qazaxda vətəndaş amilinin ön plana çəkilməsidir. Həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar, eləcə də sakinlərin istəyinə əsasən yerində baxış keçirilməsi bunu söyləməyə əsas verir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib. Şəhər sakinləri Qurbanova Marina Andreyevna qızının, Şoşanova Əntiqə Rus qızının, Xanlıqlar kənd sakini Məmmədova Məlahət Oruc qızının, Quşçu Ayrım kənd sakini Yusifova Rüxsarə Taryel qızının, Məmmədova Sevil Süleyman qızının, Əliyev Rövşən Hüseyn oğlunun evlərinin təmiri və mənzillə təmin olunma ilə bağlı müraciətlərinə yerində baxış keçiriləcəyi bildirilib. Şəhər sakini Yusubova Elnaz Qara qızı və Aşağı Əskipara kənd sakini Məhərrəmov Qabil Vəli oğlu elektrik sayğacında yaranmış əlavə borcla bağlı müraciət ediblər. Məsələnin araşdırılması ilə bağlı aidiyyəti üzrə tapşırıq verilib. Şəhər sakini Bayramova Tamam Abduləzim qızının evinin sənədləşməsinə köməklika olunması barədə müraciətinə aidiyyəti üzrə baxılaraq araşdırılacağı və köməklik olunacağı bildirilib. Xanlıqlar kənd sakini Əşrəfova Fiyat Misir qızının, Alpout kənd sakini Qurbanov Sənan Aqif oğlunun, Qarapapaq kənd sakini, şəhid ailəsi Abdullayeva Validə Altay qızının müxtəlif səpkili müraciəti də müvafiq olaraq cavablandırılıb.
GOYEZEN.AZ Geri qayıt |