5 iyun - "Su təsərrüfatı və meliorasiya işçiləri
günü” peşə bayramı kimi qeyd olundu. Azərbaycanda meliorasiya təsərrüfatının əsaslı
inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə
iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə
yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq
yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb.
Bu baxımdan əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin
edilməsində su təsərrüfatı işçilərinin böyük əməyi var. Prezident İlham
Əliyevin 2014-cü il mayın 14-də imzaladığı Sərəncamla iyunun 5-i "Su
təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi su
təsərrüfatı işçilərinin əməyinə verilən qiymətdir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
rayon Meliosevis İdarəsinin rəisi Pənahov Ərəş Məhəmməd oğlunu və idarədə
mexanizator vəzifəsində çalışan Bənnayev Fikrət Məşədi oğlunu peşə bayramları
münasibətilə Fəxri Fərmanla təltif edib. Səmimi qəlbdən təbrik edərək bundan
sonrakı işlərində daha böyük uğurlar arzulayıb.
Meliosevis İdarəsinin rəisi Ərəş Pənahov çıxış
edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev
tərəfindən davam etdirilən məqsədyönlü siyasət sahəsində bu gün bütün xidmət
sahələrində olduğu kimi, əhalinin içməli su ilə təminatı sahəsində də bir çox
uğurların əldə edildiyini deyib. Bildirib ki, əhalinin keyfiyyətli və fasiləsiz
içməli su ilə təmin edilməsi üçün paytaxt ilə yanaşı bölgələrdə də əhaliyə
yüksək səviyyədə xidmətlərin göstərilməsi məqsədilə müasir tələblərə cavab
verən su-kanal idarələrinin inzibati binalarının tikintisi, içməli su ilə
təchizat və kanalizasiya sisteminin yenidən qurulması bunu deməyə əsas verir.
Qazax şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması
layihəsinin icrasına başlanılması da bu dediklərimizin əyani sübutudur. Ə.Pənahov
Respublika Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı bu sahədə çalışan
insanların əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirib. Rayon İcra
Hakimimiyyətinin başçısı Rəcəb Babaşova onlara göstərdiyi qayğıya və etimada
görə öz dərin minnətdarlığını bildirib. Kollektiv olaraq bundan sonra da
rayonun suvarma suyu ilə təmin olunması, kənd təsərrüfatının inkişaf
etdirilməsi istiqamətində daha böyük səylə çalışacaqlarını qeyd edib.
GOYEZEN.AZ
Geri qayıt
|