Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib

Vətəndaşlar ölkə başçısına minnətdarlıq edib


4-06-2019, 13:17

 

İbrahim Allahverənli və başqalarından,

Hörmətli cənab Prezident.

Respublikamızın bütün bölgələri kimi, Qazaxın da siması gündən-günə gözəlləşir, rayonumuz inkişaf edir, insanların güzəranı yaxşılaşır. Son illər respublikamızda həyata keçirilən proqramlar və layihələr, sosial məzmunlu sərəncamlar buna öz mühüm töhfələrini verməkdədir.

Xüsusilə qeyd etmək istəyirik ki, rayonumuzda çoxmənzilli binalar əsaslı təmir olunur və daha yaraşıqlı görkəm alır. Belə binalar sırasında bizim yaşadığımız beşmərtəbəli binalar da var. Binalarımızın dam örtüyü yenilənib, fasadları rənglənib, bloklara yeni giriş qapıları qoyulub. Həmçinin həyətlərdə abadlıq işləri görülüb, işıqlandırma sistemi qurulub, səliqə-sahman yaradılıb.

Əziz Prezidentimiz, görülən bütün bu işlərə görə Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Dövlətimizin ərazi bütövlüyünün bərpası və Azərbaycanın inkişafı yolunda fəaliyyətinizdə Sizə uğurlar diləyirik.

Hörmətlə,

Allahverənli İbrahim Rəşid oğlu

Məmmədova Mələk Şəmsi qızı

Mirzəyeva Fidan Emin qızı

Rəhimova Elnurə Nazim qızı

Qurbanova Nuranə İlham qızı və başqaları (cəmi 29 nəfər)

Azərbaycan Respublikası, Qazax rayonu. 


Geri qayıt