Əsas Səhifə > Manşet / Rəsmi > Uşaqların sevimli Rəcəb babası

Uşaqların sevimli Rəcəb babası


1-06-2019, 13:27


Son 3 ildə Qazaxda bütün sahələrlə yanaşı bir sahə də var ki, daim diqqət mərkəzində saxlanılır. Bu sahəyə hər zaman xüsusi həssaslıqla yanaşılır. Bu cəmiyyətimizin elə bir təbəqəsidir ki, onların gözəl şəraitdə böyümələri üçün bütün imkanlardan istifadə edilir. Bu, gələcəyimiz olan uşaqlarla bağlı olan sahədir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun da fəaliyyətə başladığı ilk gündən diqqət və qayğı ilə yanaşdığı sahə məhz uşaqlarla bağlı sahədir. Rayon rəhbərinin uşaqlara olan sonsuz sevgisini elə bir iş, elə bir tədbir olmaz ki, orada görüb hiss etməyəsən.

"Uşaqlar mənim üçün ayrı dünyadır, onları sevməmək mümkün deyil”, - söyləyən icra başçısı bu sevgisini öz işlərində hər zaman əyani şəkildə əks etdirir. Uşaqlarin dili ilə desək onların sevimli Rəcəb babası olaraq əlindən gələni əsirgəmir. Müstəqil Azərbaycanın parlaq gələcəyi naminə onların gözəl şəraiti olan bağçalarda, məktəblərdə təlim-tərbiyə almaları üçün hər cür şərait yaradır.

Rayon rəhbərinin balaca fidanlara olan sevgisinin bariz nümunəsini təkcə son 3 ildə Qazaxda bağçalarla bağlı görüdüyü işlərdən də aydın şəkildə görmək olar. Məhz bu qayğının, sevginin nəticəsidir ki, bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından 20-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Ən son dünən 20 yerlik Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra balacaların istifadəsinə verilməsi bunu bir daha sübut etdi. Bağçalarda yaradılan şərait isə rayon rəhbərinin "Uşaqlar hər şeyin ən yaxşısına layiqdir” cümləsini əyani şəkildə göstərir.

Rəcəb babalarının uşaqlarla bağlı gördüyü işləri sadalamaqla bitməz... Uşaqlara olan sevgini təqdim etdiyimiz fotolardan da görmək olar. Təkcə 2019-cu ilin müxtəlif aylarında çəkilən bu fotolar haqqında söhbət açdığımız sevginin kiçik bir hissəsidir...

























Geri qayıt