Əsas Səhifə > Manşet / Şəhidlər > Məcburi köçkün məktəbində Xocalı faciəsi anılıb
Məcburi köçkün məktəbində Xocalı faciəsi anılıb21-02-2017, 12:19 |
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Aşağı Əskipara kənd tam orta məktəbində anım tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə məktəbin dəhlizində “Xocalı faciəsi - 25” adlı fotosərgiyə baxıblar. Sonra məktəblilər Şəhidlər Xiyabanına gələrək şəhidlərin əziz xatirəsini yad ediblər. Tədbirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək Xocalı faciəsi barədə danışıb. Qeyd edib ki, 25 il əvvəl törədilən Xocalı faciəsi insanlığa qarşı həyata keçirilən ən amansız vəhşilikdir. Həmin gün əliyalın dinc sakinlərə qarşı törədilən faciədə 613 nəfər şəhid olub, 487 nəfər şikəst olub, 1275 nəfər dinc sakin isə girov götürülüb. Rayon rəhbərliyi qeyd edib ki, şəhidlərə ehtiram göstərmək hər birimizin vətəndaşlıq borcudur. Bununla əlaqədar Qazaxdakı şəhidlər Xiyabanında təmir-bərpa işləri aparılıb, xiyaban əsaslı şəkildə yenidən qurulub. Rayon rəhbərllyi şəhidlərin qanının yerdə qalmayacağını və düşməndən qisas alınacağını əminliklə qeyd edib. Sonra məktəblilər Xocalı faciəsinə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər. Tədbir iştirakçılarına “Əsrin faciəsi - 25” adlı buklet paylanılıb. GOYEZEN.AZ Geri qayıt |