Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Ə.Qədirov küçəsində təmir işləri yekunlaşan binalarda olub

İcra başçısı Ə.Qədirov küçəsində təmir işləri yekunlaşan binalarda olub


29-05-2019, 22:45

Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Qazaxda bütün sahələrlə yanaşı vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Ölkə Prezidentinin imzaladığı çoxsaylı sərəncamlara əsasən son 3 ildə rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə verilməsi bu dediklərimizin əyani sübutudur. Bütün bu işlər vətəndaşlara göstərilən diqqət və qayğı ilə yanaşı, həm də yeni iş yerlərinin yaradılması, həmin çoxmənzilli binaların təmirində çalışan rayon sakinlərinin maddi rifah halının və sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təmir işləri yekunlaşmaq üzrə olan şəhərin Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı binalarda olub. Rayon rəhbərinə məlumat verilib ki, demək olar ki, bütün işlər yekunlaşıb, açılış üçün son hazırlıq işləri görülür.

Məlumat üçün bildirək ki, hər üç binanın daxili və xarici fasadı suvanaraq rənglənib. Pilləkan qəfəsləri, elektrik, rabitə xətləri səliqəyə salınıb. Blokların girişinə yeni qapılar qoyulub. Blokların giriş hissəsində olan çardaqlar yenidən qurulub. 




GOYEZEN.AZ


Geri qayıt