Əsas Səhifə > Manşet / Sosial > İcra başçısı Qazaxbəyli kənd uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub

İcra başçısı Qazaxbəyli kənd uşaq bağçasında görülən son tamamlanma işləri ilə tanış olub


29-05-2019, 22:15


Son 3 ildir ki, Qazaxda bütün sahələrlə yanaşı azyaşlı körpələrə olan qayğı da daim diqqət mərkəzində saxlanılır. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəyə olan diqqəti, ən əsas da körpə fidanlara olan sonsuz sevgisi hər kəsə yaxşı məlumdur. Bu diqqət və qayğının bariz nümunəsidir ki, bu gün Qazaxda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları üçün hər cür şərait yaradılır. Bu istiqamətdə görülən işlərin əyani sübutu isə son 3 ildə rayonda mövcud olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılmasıdır. Şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2  3 saylı, Kosalar kənd 2  3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım  Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçalardır.

Ötən yazılarımızda da xəbər verdiyimiz kimi, xeyli vaxtdır təmir işləri aparılan uşaq bağçalarından biri də Qazaxbəyli kənd uşaq bağçasıdır. 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağçada aparılan son tamamlanma işləri ilə tanış olub. Rayon rəhbərinə məlumat verilib ki, təmir işləri yekunlaşıb və bağçaya avadanlıqlar yerləşdirilib. Demək olar ki, açılış üçün son hazırlıq işləri aparılır.

Məlumat üçün onu qeyd edək ki, bağça binasının dam örtüyü dəyişdirilib. Bağçanın ətrafına hasar çəkilərək suvanıb, işıqlanma sistemi quraşdırılıb. Dəmir məhəcərlər və giriş qapısı rənglənib. Həmçinin əlavə mətbəx tikilib və sanitar qovşaqları yaradılıb. Müasir istilik sistemi çəkilib. Bütün qapı və pəncərələr yenilənib. Pəncərələrin və binanın giriş qapısının kənarına aqlaydan haşiyələr vurulub. Bağçanın həyətinə tamet döşənib. Dekorativ gül-çiçək əkilib. Yeni avadanlıqlarla tam təmin olunub.

Sonra icra başçısı təmir olunması nəzərdə tutulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında da olub. Yaxın günlərdə bu bağçanın da əsaslı təmirinə başlanılacağını qeyd edib.

Qazaxbəyli kənd uşaq bağçası







 

Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası

 


GOYEZEN.AZ


Geri qayıt