Əsas Səhifə > Manşet / Sosial > Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub

Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub


21-02-2017, 10:39
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
“Regionların inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq rayonumuzda tikinti-quruculuq işləri getdikcə daha geniş vüsət alır. Bütün sahələrdə həyata keçirilən bu yenidənqurma işləri rayon mərkəzinin, eləcə də kəndlərin yeni görkəm almasına, abadlaşmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına səbəb olur. Görülən bu genişmiqyaslı, sürətli işlərin nəticəsidir ki, Qazax aydan-aya, ildən-ilə öz görkəmini sözün yaxşı mənasında dəyişir, rayonumuz daha da gözəl və yaraşıqlı olur.

Rayonumuzda məktəb tikintisi ilə yanaşı böyüməkdə olan körpələrə də diqqət və qayğı göstərilir, onların daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları ön plana çəkilir.

Bu gün Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə açılışı olan körpələr evi-uşaq bağçası bunun ən bariz nümunəsidir.
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak etmək üçün Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış yeni qəsəbəyə gəlib. Açılış mərasimində çıxış edən R.Babaşov qeyd edib ki, bu gün açılışını etdiyimiz körpələr evi-uşaq bağçası sizlər üçün ən böyük hədiyyədir. Burada körpələrin yüksək səviyyədə tərbiyə almaları üçün hər cür şərait yaradılıb. İnanıram ki, bu gün bu bağçaya qədəm qoyan uşaqlar lazımi qayğı və diqqətlə təmin olunacaq, ölkəmizin ən xoşbəxt balaları kimi böyüyəcəklər. Onu da qeyd edim ki, bu bağçada çalışan kollektiv qəsəbə sakinlərinin içərisindən seçilib.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxışının sonunda qəsəbə sakinlərini, valideynləri, bağçanın kollektivini bir daha səmimi qəlbdən təbrik edərək ən xoş arzularını bildirib.
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
Sonra mərasimdə iştirak edən valideynlər, müəllimlər, qəsəbə sakinləri çıxış edərək qeyd ediblər ki, 25 ildən sonra açılışını etdiyimiz bu bağça bizim balalarımıza verilən ən böyük hədiyyədir. Çıxış edənlər yeni bağçanın açılışına və onlara göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova qəsəbə sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
Yeni körpələr evi-uşaq bağçasında yaradılan şərait müasir standartlara tam cavab verir. Sayca 3 olan qrup otaqlarında uşaqların normal şəraitdə təlim-tərbiyə almaları üçün bütün imkanlar yaradılıb. 55 yerlik uşaq bağçasında hər bir otaq bütün avadanlıqlarla təmin olunub. Dəhlizə salınmış xalılar, otaqlarda olan çarpayı, stol və stullar öz səliqə-sahmanı ilə göz oxşayır. Üzəri nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilmiş şkaflar otaqlara xüsusi bir gözəllik verir. Otaqlarda olan oyuncaqlar isə uşaqların maraq dünyasını zənginləşdirir. Elə bir uşaq yoxdur ki, mahnıya, musiqiyə meyl göstərməsin. Fortopiano otağında uşaqlar Dövlət Himnimizi, vətənpərvərlik ruhunda olan musiqilərimizi öyrənirlər.
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
Uşaqların sağlam və təmiz qidalarla qidalanması üçün səliqəli mətbəxin olması vacib şərtlərdən biridir. Odur ki, bağçada müasir avadanlıqlarla təchiz olunmuş mətbəx, uşaqların rahat şəkildə nahar etmələri üçün geniş və işıqlı yeməkxana da vardır. Həmçinin bağçada müdir otağı, texniki işçilər otağı, uşaqların sağlamlığına nəzarət etmək üçün ayrıca tibb bacısı otağı da ayrılıb. Bağça binasının üstün cəhətlərindən biri də burada istilik sisteminin olmasıdır. Bu da uşaqların normal şəraitdə təlim-tərbiyə almalarına imkan yaradıb.
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
Hal-hazırda bağçada 3 qrupda 55 uşaq təlim-tərbiyə alır. Yeni bağçada Barxudarlı, Bağanıs Ayrım, Aşağı Əskipara, Yuxarı Əskipara, Sofulu Xeyrımlı kəndlərindən olan məcburi köçkün uşaqları tərbiyə alırlar. Onların təlim-tərbiyəsi ilə 6 nəfər tərbiyəçi-müəllim məşğul olur.

Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
Qazaxda məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə körpələr evi-uşaq bağçasının açılışı olub
Elçin İSMAYIL.

Geri qayıt