Əsas Səhifə > Manşet / Rəsmi > İcra başçısı “Sınıq Körpü” Buraxılış Məntəqəsində yerləşən Ticarətin Asanlaşdırılması Mərkəzində görülən işlərlə tanış olub
İcra başçısı “Sınıq Körpü” Buraxılış Məntəqəsində yerləşən Ticarətin Asanlaşdırılması Mərkəzində görülən işlərlə tanış olub25-05-2019, 12:58 |
"Sınıq Körpü” Buraxılış Məntəqəsi ölkəmizin Qərb qapısı sayılır. Gürcüstanla sərhəddə yerləşən bu məntəqədən respublikamıza daxil olan və ya yola düşən qonaqlarda ölkəmiz haqqında ilk təəssürat yaranır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun sonuncu nöqtəsi olan, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisinə düşən hissəsində geniş abadlıq və quruculuq işləri aparılıb. Yolun hər iki sağ və sol tərəfində yaşıllıq salınıb. Yol kənarında dekorativ tor çəkilib, həmişəyaşıl kol əkilib. Bundan başqa, əraziyə tamet döşənib, asfalt vurulub və sərnişinlər üçün dayanacaq düzəldilib. Divarlarda dekorativ işıqlandırma sistemi quraşdırılıb ki, bu da gecələr əraziyə xüsusi gözəllik verir. Eyni zamanda işıq dirəklərində də təmir işləri aparılaraq müasir standartlara cavab verən işıqlanma sistemi quraşdırılıb. Həmçinin əraziyə qaya daşlarından dekorativ bəzək üçün sal daşlar qoyularaq rənglənib, kompozisiya yaradılıb. Taxta hasarlar təmir olunub, rənglənib. Aqlay daşları yenidən yonularaq hamar edilib. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Sınıq Körpü” Buraxılış Məntəqəsinin yaxınlığında inşa edilən Ticarətin Asanlaşdırılması Mərkəzində olub. Su, qaz, elektrik xətlərinin çəkilişi və son tamamlanma işləri ilə maraqlanıb. İnfrastrukturun İnşası İdarəsinin rəisi Abuzər Məmmədov mərkəz haqqında ətraflı məlumat verərək bildirib ki, bu mərkəz Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində yaradılıb. Ticarətin Asanlaşdırılması Mərkəzinin ümumi sahəsi 9,8 hektardır. Mərkəzin inzibati binasının ümumi sahəsi 1590 kv.m təşkil edir. Binanın birinci mərtəbəsində müvafiq dövlət qurumları "bir pəncərə" prinsipi əsasında xidmət göstərir. İkinci mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşir. Mərkəzin ərazisində həmçinin yük avtomobillərinin yoxlanılması üçün "X-ray" qurğusu yerləşdirilib, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi yer və yataqxana da var. Görülən işlərlə tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ Geri qayıt |