Əsas Səhifə > Manşet / Qazax respublika mətbuatında > Qazax yeni inkişaf mərhələsinə qədəm qoyub
Qazax yeni inkişaf mərhələsinə qədəm qoyub20-02-2017, 14:36 |
RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDAQazax rayonunda 2016-cı ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov hesabat məruzəsi ilə çıxış edərək demişdir ki, yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı yaranan çətinliklərə baxmayaraq, Azərbaycanın öz inamlı inkişafını və eyni zamanda, təhlükəsizlik tədbirlərini təmin etdiyini xüsusi vurğulamışdır.
2016-cı il Qazax rayonu üçün də uğurlu olmuşdur. Əvvəlki illə müqayisə etdikdə kənd təsərrüfatı məhsullarının həcmi 3,1 faiz, sənaye məhsulunun həcmi isə 7,3 faiz artmışdır. Rayon üzrə adambaşına düşən ümumi məhsulun həcmi 1841 manat, orta aylıq əməkhaqqı 263 manat olmuşdur. Əhali tərəfindən rayonun yaşayış məntəqələrində 192 fərdi yaşayış evi tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səkkizinci dəfə Qazağa rəsmi səfər etmişdir. Budəfəki səfər zamanı ölkə başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində müasir tələblərə cavab verən 940,8 kvadratmetr sahəsi olan 3 mərtəbəli Tarix-Diyarşünaslıq Muzeyinin, uzunluğu 10 kilometr olan Qazax-Kosalar avtomobil yolunun, Daş Salahlı yarımstansiyasının və "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" binasının açılışlarında iştirak etmişdir. Bu il Yuxarı Salahlı kənd tam orta məktəbdə əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Hər birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində, "Carçıoğlu" şirkəti tərəfindən isə Xanlıqlar kəndində 2 yeni əhəng zavodunun tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. Rayonda "Azərxalça” ASC tərəfindən 160 iş yerlik fabrikin, Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermalarının tikintisi davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq, köhnə Mərkəzi Xəstəxananın yerində yeni 145 çarpaylıq Xəstəxana Kompleksinin tikintisinə 2013-cü ilin oktyabr ayında başlanılmış və 2014-cü ilin mart ayından isə tikinti işləri dayandırılmışdı. Tikinti işləri yaxın günlərdə yenidən bərpa ediləcəkdir. Qızıl Hacılı kəndinin sakinləri üçün Nazirlər Kabinetinin 31 mart 2015-ci il tarixli sərəncamı ilə 19,4 hektar torpaq sahəsinin təyinatı dəyişdirilmiş, 78 ailəyə fərdi yaşayış evlərinin bütün infrastrukturlarla birlikdə tikilməsi nəzərdə tutulmuşdur. Qazax şəhərində Şəhidlər Xiyabanı qəbiristanlığında abadlıq-bərpa işləri aparılmışdır. Qazağın girişində olan abidənin ətrafında yenidənqurma və abadlıq işləri aparılaraq şəbəkələr qurulmuş, 5 min kvadratmetr sahədə qazon salınmış, işıqlandırma sistemi qurulmuşdur. Ərazidə Azərbaycanın ilk təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə, Təyyarə abidəsi, ucaldılmışdır. Bundan əlavə, Bayraq Meydanında və Nərimanov qəsəbəsindəki dairəvi yolda əsaslı təmir aparılmış, abidələr tamamilə yenidən qurulmuş, onların ətrafında geniş abadlıq-quruculuq işləri görülmüşdür. Heydər Əliyev Parkında yaradılmış süni gölün içərisində işıqlandırma sistemi ilə təchiz edilmiş yeni fəvvarə kompleksi quraşdırılaraq istifadəyə verilmiş- dir. Qazax şəhərinin mərkəzində yerləşən "Fəxri qazaxlılar” parkında yenidənqurma işləri başa çatdırılmışdır. Parkın 4 min 443 kvadratmetr sahəsinə tamet döşənmiş, 1656 metr uzunluğunda bardür düzülmüş, yeni işıqlandırma sistemi quraşdırılmış, təzə oturacaqlar düzəldilmiş, qazon otu, dekorativ ağac və gül kolları əkilmiş, fəvvarə kompleksi tamamilə yenidən qurulmuşdur. Şəhərdəki 24 çoxmənzilli binanın əsaslı təmiri ilə bağlı ölkə Prezidentinin sərəncamı ilə Qazax rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılmışdır. Artıq həmin binalardan 10-nun dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatdırılmış, 14 binanın dam örtüyü dəyişdirilmişdir. Şəhərin prospekt və küçələrində olan 50-dən artıq yaşayış evinin dam örtüyü dəyişdirilmiş, 300 kvadratmetrə yaxın hasar hörülmüş və evlərin fasad hissəsində və hasarlarda 5 min kvadratmetr suvaq işləri aparılmış, 30 min kvadratmetrə yaxın sahə rənglənmiş, yaşayış evlərinə və məhəllələrə ümumilikdə 20 ədəd yeni giriş qapıları düzəldilmiş, 60-a yaxın giriş qapısı isə təmir olunmuşdur. Rayon ərazisində olan 10 çoxmənzilli yaşayış evinin həyətlərinə 8 min kvadratmetrdən artıq asfalt örtüyü çəkilmişdir. Heydər Əliyev prospekti boyunca çalaların təmir olunmasına və həyətlərin giriş hissəsinə 60 tona yaxın asfalt örtüyü salınmışdır. 2016-cı il ərzində şəhərin Heydər Əliyev prospekti boyunca, mərkəzi küçələrdə və parklarda abadlıq işləri aparılmış, 50 min yeni ağac və gül kolları, 16 min kvadratmetr sahəyə qazon otu, 12 min ədəd qızılgül və gül kolları əkilmiş, 125 ədəd yeni işıq dirəkləri qoyularaq işıqlandırma sistemi yenidən qurulmuş- dur. Qazax şəhərinin küçələrinə 20 kilometr uzunluğunda, kənd yaşayış məntəqələrində isə 160 kilometr uzunluğunda yollara qum-çınqıl döşənmiş və bu istiqamətdə işlər davam edir. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Qazax–Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işləri davam edir. Bərpa Agentliyi tərəfindən Bala Cəfərli və Məzəm kəndlərində dinc əhalinin təhlükəsizliyinin təmin etmək məqsədilə 428 metr uzunluğunda istinad divarlarının inşası başa çatdırılmışdır. Bundan əlavə, rayon icra hakimiyyəti tərəfindən Məzəm kəndində ümumi uzunluğu 1381 metr olmaqla, 4143 kvadratmetr istinad divarı çəkilmişdir. Artıq ikinci mərhələ tikinti işlərinə başlanılmışdır. 2016-cı ildə rayonda 15 min 635 kiloqram quru tütün məhsulu və 1502 kiloqram barama istehsal olunmuşdur. 39 hektar sahədə yeni fındıq bağı salınmış, 4,5 hektar sahədə baramaçılığın inki- şafı üçün 22 min yeni tut (çətil) tingləri basdırılmışdır. 2016-cı ilin payızında 2017-ci ilin məhsulu üçün 10 min 810 hektar sahədə, yəni ötən mövsümə nisbətən 3049 hektar çox payızlıq taxıl əkilmişdir. Bundan 8173 hektarı buğda, 2637 hektarı isə arpadır. 2016-cı ildə 2017-ci ilin yazlıq əkinləri üçün 1346 hektar sahədə şum aparılmışdır. 2017-ci ildə 500 hektardan çox sahədə şəkər çu- ğunduru, 800 hektar kartof əkini, 50 hektardan çox sahələrdə tütün əkini nəzərdə tutulmuşdur. Tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva çıxış edərək görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
19 fevral 2017-ci il Geri qayıt |