Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı kəndlərdə baramanın mövcud vəziyyəti ilə tanış olub
İcra başçısı kəndlərdə baramanın mövcud vəziyyəti ilə tanış olub21-05-2019, 22:06 |
Daş Salahlı kəndiRespublikamızın hər yerində olduğu kimi, Qazaxda da "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı uğurla icra edilir. Bu il də daxil olmaqla artıq 4 il olacaq ki, rayonumuzda kənd təsərrüfatının gəlirli sahələrindən olan baramaçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. Rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə icra olunmasını əldə olunan uğurlardan da görmək olar. Bunu barama istehsalının ildən-ilə artması da əyani şəkildə sübut edir. 2016-cı ildə 1502 kq yaş barama təhvil verən qazaxlı kümçülər 2017-ci ildə bu rəqəmi 4623 kq-a çatdırdılar. 2018-ci ildə 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində yerləşən "Azəripək” ASC-yə təhvil verildi. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda ipəkqurdu toxumu paylanılmış Xanlıqlar, Daş Salahlı, Kəmərli, Qaymaqlı, Aslanbəyli və Yuxarı Salahlı kəndlərində olub, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, ipəkqurdunu yetişdirmək üçün əvvəlcədən lazım gələn bütün hazırlıq işləri görülüb, otaqlar lazımi istiliklə təmin edilib. Yem bazası da kifayət qədərdir. İşçi qüvvəsi baxımından böyük əhəmiyyət kəsb edən baramaçılığın inkişaf etdirilməsi kəndlərdə barama yetişdirən kümçülər tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır. Kəndlərdə barama yetişdirən kümçülər bildirib ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər biz rayon baramaçılarının bu sahəyə olan marağını xeyli artırıb. Hər il məhsulun bəhrəsini görən kümçülər cari ildə də daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyduqlarını söyləyiblər. Mövcud vəziyyətlə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini də verib. Xanlıqlar kəndiDaş Salahlı kəndiQaymaqlı kəndiAslanbəyli kəndiYuxarı Salahlı kəndi
GOYEZEN.AZ Geri qayıt |