Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü böyük ehtiramla yad edilib
Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü böyük ehtiramla yad edilib10-05-2019, 11:30 |
10 May! Təqvimdə bu tarixi gün müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür. Artıq 16 ildir ki, qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər. Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Qazax rayonunda da geniş şəkildə qeyd edilib. Ümummilli liderin anadan olmasının 96-cı ildönümü münasibətilə rayonun bütün idarə və müəssisələrində, əmək kollektivlərində, bütün təhsil müəssisələrində silsilə tədbirlər keçirilib, xatirəsinə həsr olunmuş idman yarışları və sərgilər təşkil olunub. Bundan əlavə, ulu öndərin adını daşıyan Mərkəzdə "Açıq qapı” günləri təşkil olunub. Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ümummilli liderin anadan olmasının 96-cı ildönümü böyük ehtiramla yad edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, "Şöhrət” ordenli, "Tərəqqi” medallı, dünya şöhrətli idmançımız, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovümummilli lider Heydər Əliyevin ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək üçün ulu öndərin adını daşıyan parka gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də ulu öndərin heykəli önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətə öz ehtiramlarını bildiriblər. Sonra ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən filmə baxıb, kitab və jurnallardan ibarət sərgi ilə tanış olublar. Mərkəzdə olan qonaqlara bildirilib ki, bu gün Azərbaycan xalqı fəxr edə bilər ki, onun tarixi və taleyi dahi şəxsiyyət Heydər Əliyevin adı və ideyaları ilə bağlıdır. Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib. Bildirilib ki, ulu öndər 3 dəfə - 1971, 1979 və 1998-ci illərdə Qazax rayonunda olub, əmək adamları ilə görüşüb, müşavirələr keçirib. Ümummilli lider Qazax rayonuna, onun zəhmətsevər insanlarına, yazıçı və şairlərinə, elm adamlarına daim yüksək dəyər verib, zaman-zaman onları qiymətləndirib. Vurğulanıb ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ümummilli lider Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Azərbaycanın özü qədər əbədi olan dahi şəxsiyyət hər bir vətəndaşın qəlbində böyük məhəbbətlə anılır, sevilir, yaşanır və əbədi yaşayacaqdır. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu inkişaf strategiyası hazırda Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib.
GOYEZEN.AZ Geri qayıt |