Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


8-05-2019, 21:43


Bu gün Qazaxda Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlara göstərilən diqqət və qayğı hər zaman ön plana çəkilir. Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda daim diqqət mərkəzində saxlanılmasının ən bariz nümunəsi isə həftə ərzində sakinlərlə keçirilən səyyar görüşlər, fərdi qəbullar və sakinlərin istəyinə əsasən yerində baxış keçirilməsidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə və müraciətlərinə əsasən fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

İşlə təmin olunmaları barədə müraciət edən şəhər sakinləri Hüseynov Cavid Hacı oğluna, Qocayeva Güldəstə Yanvar qızına, İkinci Şıxlı kənd sakinləri Qurbanova Təranə Səyad qızına, Süleymanov Elgün Şahid oğluna və onun həyat yoldaşı Süleymanova Samirə Mübariz qızına, Kosalar kənd sakini Əliyev Firdovsi İsa oğluna, Məzəm kənd sakini Həsənova Fatmanisə Vəli qızına (oğlunun işi ilə bağlı) müvafiq iş yerləri təklif olunub. Bununla bağlı aidiyyəti şəxslərə tapşırıq verilib.

Şəhər sakini, şəhid bacısı Abbasova Zərnişan Yolçu qızının torpaqla təmin olunma barədə müraciətinə cavab olaraq qanunamüvafiq qaydada izahat verilib.

Şəhər sakini Həmidova Gülgəz İsmixan qızı isə həyat yoldaşının işlə təmin olunmasına görə minnətdarlıq edib. O, qeyd edib ki, yoldaşımın işlə təmin edilməsi bir daha onu göstərdi ki, icra aparatına müraciət edən hər bir vətəndaşın istəyinə həssaslıqla yanaşılır və mümkün olan köməklik göstərilir.

Ağköynək kənd sakini İsrafilov Vüqar Əhməd oğlunun müxtəlif səpkili müraciəti də müvafiq olaraq cavablandırılıb.





GOYEZEN.AZ


Geri qayıt