Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşların müraciətlərinə baxılıb

Vətəndaşların müraciətlərinə baxılıb


7-05-2019, 21:57

Bu gün Qazax Rayon İcra Hakimiyyətinə müraciət etmiş bir qrup Daş Salahlı kənd sakininin müraciətinə baxılıb. Sakinlər torpağa mülkiyyət hüququna dair Dövlət Aktında pay torpaqlarının bir hissəsinin düşməməsi barədə müraciət ediblər. Vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün aidiyyəti qurumların rəhbərlərinin və həmin sakinlərin iştirakı ilə görüş keçirib.

İcra başçısı çıxış edərək ölkə Prezidenti İlham Əliyevin hər zaman vətəndaş amilini ön plana çəkməsindən söz açıb. Bu gün dövlət başçısının verdiyi tapşırıq və tövsiyələrin, vətəndaşlara olan qayğısının Qazax rayonunda da daim diqqət mərkəzində olduğunu vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, siz sakinlər tərəfindən qaldırılan hər bir məsələyə dəqiq və operativ şəkildə baxılsın. Sizləri narahat edən nə məsələ varsa, müsbət həll olunması üçün məqsədyönlü işlər görülsün. İcra  başçısı bugünkü görüşün də məhz bu məqsədi daşıdığını bildirib.

Sonra qeyd olunan məsələ ilə bağlı hər bir sakinin müraciəti dinlənilib.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi Dairəsinin Qazax rayon şöbəsinin müdiri Faiq Binnətov, ƏMDK yanında "Kadastr yer quruluşu Tədqiqat Mərkəzi” MMC Tovuz Layihə Tədqiqat İnstitutunun rəisi Elxan Hümmətov çıxış edərək məsələ ilə bağlı fikirlərini bölüşüblər. Vətəndaşlara qeyd olunan məsələnin həlli üçün ilk növbədə Arxiv idarəsində siyahı üzrə aqrar islahat komissiyasının qərarına baxılmalı olduğu bildirilib. Sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında sakinlərə məxsus torpaq sahəsinin düzgün ölçüsünün aparılacağı və bu istiqamətdə işlərə başlanılmalı olduğu qeyd olunub.

Sakinləri narahat edən məsələ ilə bağlı geniş şəkildə müzakirələr aparıldıqdan sonra rayon rəhbəri məsələnin araşdırılması üçün aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Sakinlər onların müraciətlərinə belə operativ və dəqiq şəkildə baxılmasına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

GOYEZEN.AZ

Geri qayıt