Əsas Səhifə > Manşet / Rəsmi > Qazaxda “Brend Shop” geyim mağazasının açılışı olub

Qazaxda “Brend Shop” geyim mağazasının açılışı olub


4-05-2019, 13:06


Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra ölkənin iqtisadi yüksəlişi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə aparılan ardıcıl siyasi-iqtisadi islahatlar nəticəsində Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub, bu sahədə regionun lider dövləti səviyyəsinə yüksəlib. Azərbaycan iqtisadiyyatının bu dərəcədə inkişafının təməlini isə ulu öndər Heydər Əliyev qoyub. Ulu öndərin uğurlu siyasəti, düzgün qərarları bu gün də Azərbaycanı söz sahibi kimi dünyada tanıdır. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda sahibkarlığın inkişafı və təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sahibkarlıq sektorunda ulu öndərin əsasını qoyduğu, bu gün isə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların sayı artır, onların xarici iqtisadi fəaliyyəti genişlənir və bu sahədə nisbi uğurların əldə olunmasına şərait yaranır.

Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafına dövlət dəstəyi, bu sahəyə olan qayğı dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Sahibkarlıq sahəsində işlərin daha da gücləndirilməsi məqsədilə bölgələrimizdə atılan məqsədyönlü addımlar bu sahənin uğurla davam etdirilməsi deməkdir.

Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən həmin məqsədyönlü tədbirlər respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Rayonda sahibkarlığın inkişaf etdirilməsinə verilən dəstəyin, sahibkarlar üçün yaradılan şəraitin və şəffaf mühitin təmin edilməsinin nəticəsidir ki, bu sahə sürətlə inkişaf edir. Bunu rayonda yaradılan yeni-yeni sahibkarlıq obyektlərinin, dükanların, mağazaların, marketlərin, kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin, eləcə də digər xidmət sahələrinin istifadəyə verilməsindən aydın şəkildə görmək olar.

Bu gün rayonda daha bir sahibkarlıq obyektinin "Brend Shop” geyim mağazasının rəsmi açılış mərasimi olub. 


Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, mağazanın işçiləri, rayonda fəaliyyət göstərən sahibkarlar, rayon sakinləri və KİV nümayəndələri iştrak edib.

Açılış mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni mağazanın istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və mağazanın əməkdaşlarını səmimi qəlbdən təbrik edib.

Qazaxda təhsil, səhiyyə, mədəniyyət, idman, kənd təsərrüfatı, eləcə də sosial və digər sahələrin inkişaf etdiyini qeyd edən icra başçısı rayonun simasının gündən-günə dəyişdiyini, daha abad və yaraşıqlı şəhərlərdən birinə çevrildiyini bildirib. Rayonda yeni məktəb binalarının, bağçaların, səhiyyə, mədəniyyət ocaqlarının inşası ilə yanaşı, sosial obyektlərin istifadəyə verilməsini bu istiqamətdə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib.

Rayon rəhbəri vurğulayıb ki, sahibkarlığa dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradır. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilir, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır.

 

İcra başçısı bildirib ki, bu gün Qazaxda sahibkarlığın inkişaf etməsi üçün şəffaf və münbit şərait var. Rayonda istər kiçik, istər orta, istərsə də böyük sahibkarlıq paralel şəkildə inkişaf edir. Dövlətin və dövlət başçısının qayğısını hər an hiss edən sahibkarlar tərəfindən yeni müəssisələrin, sahibkarlıq obyektlərinin açılması və fəaliyyət göstərməsi bunu bir daha sübut edir. Açılışını etdiyimiz mağaza da ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi inkişafın, xüsusilə də sahibkarlara olan dəstəyin rayonda uğurla icra edilməsi deməkdir. Rayon rəhbəri şəhərin mərkəzində, Bakı küçəsi 24 ünvanında yerləşən və öz görkəmi ilə seçilən yeni mağazanın istifadəyə verilməsini rayonumuzda sahibkarlığın inkişafına göstərilən dəstəyin, yeni iş yerlərinin açılması istiqamətində atılan uğurlu addımın daha bir əyani göstəricisi kimi dəyərləndirib.

 

"Brend Shop” geyim mağazasının rəhbəri Arzu Kərimov rayon rəhbərliyinə minnətdarlıq edərək bildirib ki, Qazax rayonunda özəl sektorun inkişafı üçün yaradılan şərait, göstərilən diqqət və qayğı biz sahibkarlara böyük stimul verir və yeni mağazalar, dükanlar, istehsal obyektləri açmağa sövq edir. Qeyd edib ki, bu gün əsas hədəfimiz sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən uğurlu siyasəti dəstəkləmək və bu yolda öz töhfəmizi verməkdir.

A.Kərimov mağaza barədə məlumat verərək bildirib ki, "Brend Shop” geyim mağazasını rayon ərazisində açmaqla sakinlərimizə xidmət göstərmək, bundan əlavə, 20 nəfərə qədər sakini iş yeri ilə təmin etməkdir. "Brend Shop” geyim mağazasının kollektivi olaraq əsas məqsədimiz müştərilərin etimadını qazanmaq və onlara yüksək səviyyədə xidmət göstərməkdir.

Mağaza sahibi sonda sahibkarlara göstərilən diqqət və qayğıya, verilən dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə bir daha minnətdarlığını çatdırıb. Bu gün açılış mərasimində iştirak edərək dəstək olan hər kəsə təşəkkürlərini bildirib.

Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları mağazada yaradılan şəraitlə, təqdim olunan məhsullarla və vətəndaşlara göstəriləcək xidmətlərlə tanış olublar.

İştirakçılara məlumat verilib ki, 2 mərtəbədən ibarət olan mağazada sakinlərə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb. 1-ci mərtəbədə kişi və uşaq geyimləri, 2-ci mərtəbədə isə qadın geyimlərinin satışı təşkil olunub. Ticarət mərkəzində Zivər, Kont, Ovatto, Fubi, Tatkan, Berrak və digər firmaların məhsulları təqdim olunur.

























GOYEZEN.AZ


Geri qayıt