Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı sahibkarla görüşüb
İcra başçısı sahibkarla görüşüb1-05-2019, 15:57 |
Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu var. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə əlaqədar özəl sektor qarşısında qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi bir sıra istiqamətlərdə rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin yaradılmasına imkan verib. Son illər sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Bu səbəbdən də yaradılan şəraitdən və göstərilən dövlət dəstəyindən səmərəli istifadə etmək, respublika iqtisadiyyatının inkişafına töhfə vermək sahibkarların qarşısında duran əsas vəzifədir. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da sahibkarlığın inkişafı üçün münbit şərait yaradılır. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən sahibkarlara diqqət və qayğı göstərməsi, onlara çalışdıqları sahələr üzrə öz imkanlarını genişləndirmələri üçün hər cür dəstək göstərməsi bu dediklərimizin əyani sübutdur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sahibkarlar tərəfindən təklif olunan hər bir istək və arzuya xüsusi həssaslıqla yanaşır. Rayon rəhbərinin bu həftə sahibkarlarla keçirilən görüşdə sahibkarlardan birinin istəyini nəzərə alaraq bu gün onun təsərrüfatında olması, qayğıları ilə maraqlanması rayonda sahibkarlara olan qayğının bariz nümunəsdir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Ağköynək kəndində fəaliyyət göstərən sahibkar Məhərrəm Əliyevin təsərrüfatında olub. Sahibkar M.Əliyev təsərüffatı barədə məlumat verərək bildirib ki, dövlətin və dövlət başçısı İlham Əliyevin qayğısı sayəsində sahibkarlığın ildən-ilə inkişaf etməsi biz təsərrüfat adamlarını çox sevindirir. "Dövlətin biz sahibkarlara göstərdiyi dəstək sayəsində öz təsərrüfatımızı genişləndiririk”, - deyən M.Əliyev 5 hektar ərazidə amerika sortu olan 1500 ədəd qoz ağacı əkdiyini bildirib. Eyni zamanda, 2 hektar ərazidə də fransız sortu olan süfrə üzümü əkdiyini qeyd edib. O, yüksək nəticə əldə etmək üçün bütün aqrotexniki qaydalara əməl olunduğunu bildirib. Sahibkar gələcəkdə əkin sahəsini daha da genişləndirmək və təsərrüfatını böyütmək istədiyini də vurğulayıb. Sahibkarla səmimi söhbət edən icra başçısı ölkəmizdə iqtisadi və sosial inkişafın ən yüksək səviyyədə təmin olunduğunu, Qazax rayonunun da ölkənin qeyri-neft sektorunun inkişafında xüsusi payının olduğunu qeyd edib. Rayonda sahibkarlara yaradılan münbit şəraitdən, onlara olan diqqət və qayğıdan da danışıb. Dövlətin sahibkarlara olan qayğısının bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. Təsərrüfatla tanış olan rayon rəhbəri bəzi təklif və tövsiyələrini bildirib. Sahibkar Məhərrəm Əliyev ölkəmizdə sahibkarlar üçün yaradılan şəraitə, göstərilən qayğıya görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bu gün onun istəyini nəzərə alaraq təsərrüfatında olmasını, onunla görüşməsini sahibkarlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib.
GOYEZEN.AZ Geri qayıt |