Əsas Səhifə > Manşet / Səhiyyə > İcra başçısı Daş Salahlı kənd həkim məntəqəsində olub
İcra başçısı Daş Salahlı kənd həkim məntəqəsində olub22-04-2019, 15:08 |
Hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən də səhiyyənin inkişafına əsaslı təkan vermişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Tam əminliklə demək olar ki, son illər bu sahənin inkişafı üçün məqsədyönlü işlər görülür. Müasir standartlara cavab verən səhiyyə ocaqları, xəstəxanalar, tibb məntəqələri inşa olunaraq sakinlərin istifadəsinə verilir. Ölkə vətəndaşlarına ən yüksək səviyyədə tibbi xidmət göstərmək üçün bu istiqamətdə görülən işlər ildən-ilə daha geniş vüsət alır. Bu gün düşmənlə sərhəddə yerləşən Qazax rayonunda müasir standartlara uyğun 145 çarpayılıq və 10 korpusdan ibarət olan Mərkəzi Xəstəxananın tikilməsi isə o deməkdir ki, bu sahədə görülən işlər təkcə paytaxt Bakıda deyil, həm də respublikanın bütün bölgələrində uğurla həyata keçirilir. Qazax rayonunda əksər kəndlərdə müasir tələblərə cavab verən həkim və tibb məntəqələri fəaliyyət göstərir. 10 mindən çox əhalisi olan Daş Salahlı kəndində də həkim məntəqəsi bu gün ən müasir formada sakinlərin xidmətində dayanır. Belə ki, 2015-ci ildə Daş Salahlı kəndində Yaponiya Səfirliyinin xətti ilə tikilmiş həkim məntəqəsi bu dediklərimizin bariz nümunəsidir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş Salahlı kənd həkim məntəqəsində olub, burada çalışan işçilərlə görüşüb. Sakinlərə göstərilən xidmətlər və mövcud vəziyyətlə maraqlanıb. Həkim məntəqəsinin baş həkimi Lətif Səttərov rayon rəhbərinə məlumat verərək bildirib ki, Yaponiya Səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında inşa olunmuş bu məntəqə Azərbycan-Yaponiya dostluğunun və əməkdaşlığının əyani sübutudur. Həmin dostluğun bəhrəsi kimi tikilmiş həkim məntəqəsinin sahəsi 216 kvadratmetr olmaqla 8 otaqdan ibarətdir. Tikinti işləri müasir standartlara uyğun aparılmış və bütün tələblərə cavab verir. Bundan başqa, həkim məntəqəsi lazım olan bütün müasir tibbi avadanlıq və inventarlarla tam təmin olunmuşdur. Sonra rayon rəhbəri həkim və tibb bacıları ilə səmimi söhbət edib, qayğıları ilə maraqlanıb. Məntəqə ilə tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib.
GOYEZEN.AZ Geri qayıt |