Əsas Səhifə > Manşet / Gənclər > İcra başçısı könüllü fəaliyyətinə qoşulmaq istəyən gənclərlə görüşüb

İcra başçısı könüllü fəaliyyətinə qoşulmaq istəyən gənclərlə görüşüb


4-04-2019, 22:00


Xəbər verdiyimiz kimi, Qazax Rayon İcra Hakimiyyəti "Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturunda könüllülük fəaliyyətinə başlayır! Sevindirici hal isə odur ki, bu istək gənclər tərəfindən də maraqla qarşılanıb. Artıq bir neçə gənc bu fəaliyyətə qoşulmaq istəyini bildirib.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov könüllü fəaliyyətinə qoşulmaq istəyən həmin gənclərlə görüşüb, onlarla yaxından tanış olub. Gənclərlə səmimi söhbət edən rayon rəhbəri onların bu fəaliyyətə qoşulmaq istəyini yüksək qiymətləndirdiyini bildirib.

Ölkəmizdə gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan icra başçısı bu fəaliyyətin də həmin qayğının davamı olduğunu qeyd edib. Bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən gənclərə hər cür dəstək göstərilir. Azərbaycan gənclərinin bilikli, savadlı, intellektual səviyyələrinin yüksək olması, gələcəkdə rahat şəkildə öz iş karyeralarını qurmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlər nəticəsində gənclərin böyük əksəriyyəti iş əldə etmək imkanı qazanır.

"Bu könüllü fəaliyyəti də siz gənclərin qarşısında geniş imkanlar açacaqdır”, - deyən rayon rəhbəri bu fəaliyyət sayəsində böyük təcrübə əldə edəcəklərini vurğulayıb. Cəsarətli addımlarını və fəaliyyətə qoşulmaq istəklərini bir daha yüksək dəyərləndirən icra başçısı bu yolda onlara uğurlar arzulayıb.

Rayon rəhbərliyi ilə səmimi söhbət edən və bugünkü görüşdən razı qalan gənclər də öz növbələrində onlara yaradılan imkana, ən əsası da gənclərə olan dəstəyə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.







GOYEZEN.AZ


Geri qayıt