Qəbulda 42 nəfərin müraciətinə baxılıb
Azərbaycan
Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir,
onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin
müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib
edilən qəbul cədvəlinə müvafiq olaraq kənd təsərrüfatı naziri İnam Kərimov
martın 16-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax,
Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Daşkəsən və digər rayonlardan olan vətəndaşları
qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan
öncə nazir İnam Kərimov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini
ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Daha
sonra nazir İnam Kərimov yeni istifadəyə verilmiş Qazax Dövlət Aqrar İnkişaf
Mərkəzinin inzibati binasında yaradılan şəraitlə tanış olub, fermerlərə
informasiya məsləhət xidmətinin göstərilməsində iştirak edən Aqrar İnkişaf
Könüllülərinin bir qrupu ilə görüşüb.
Nazirliyin
idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 42
nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciəti əsasən
fermerlərə güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası
və təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin edilmə, kənd
təsərrüfatı məhsullarının satışına köməklik göstərilməsi və digər məsələlərlə
bağlı olub. Nazir İnam Kərimov hər bir vətəndaşın müraciətini diqqətlə
dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin
tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların
müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər
isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid
olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Nazir
vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı
imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının
yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini
vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qazax
Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında "Səyyar Xidmət” Qrupu ətraf
rayonlardan dəvət olunan mexanizatorlar üçün lazımi xidmət göstərib.
Etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini
idarə etmək üçün 79 nəfər mexanizatorun sürücülük vəsiqələri yenisi ilə əvəz
edilib. Bununla yanaşı, 1 ədəd kənd təsərrüfatı texnikası texniki baxışdan
keçirilib və daha 1 ədədi isə dövlət qeydiyyatına alınıb.
Nazir
İnam Kərimov "Səyyar Xidmət” Qrupunun işi ilə maraqlanıb, mexanizatorların
müraciətlərini dinləyib, lazımi tövsiyələrini verib.
GOYEZEN.AZ
Geri qayıt
|