Əsas Səhifə > Manşet / Rəsmi > Diqqət və qayğı nümunəsi

Diqqət və qayğı nümunəsi


25-01-2017, 15:06
Diqqət və qayğı nümunəsi
Aşağı Salahlı kəndində keçirilən yığıncaqda Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək 2016-cı ildə rayonumuzda aparılan tikinti-quruculuq işlərindən danışıb. Qeyd edib ki, rayonumuzda Qazax Tarix-Diyarşünaslıq Muzeyi, uzunluğu 10 km olan Qazax-Kosalar avtomobil yolu, Birinci Şıxlı kəndində Kəndli Fermer Təsərrüfatı, 110/35/ kv-luq Daş Salahlı yarımstansiyası tikilib istifadəyə verilmişdir. Həmin obyektlərin açılışında Prezident İlham Əliyev iştirak etmişdir.

R.Babaşov bildirib ki, yaxın vaxtlarda su-kanalizasiya sisteminin yenidən qurulmasına, mərkəzi rayon xəstəxanasının tikintisinə, Bakı Dövlət Universiteti Qazax filialının yeni binasının inşasına başlanılacaqdır. Hal-hazırda Xalçaçılıq fabrikində, Mətanət A şirkətinin inşa etdiyi yeni istehsal müəssisəsində sürətli iş gedir. Yaxın vaxtlarda həmin obyektlər istifadəyə veriləcəkdir.
Diqqət və qayğı nümunəsi
Qeyd edib ki, rayonumuzda suvarma sisteminin qaydaya salınmasının, yeni artezian quyularının qazılmasının, kənd təsərrüfatının su ilə normal təmin olunmasının, rayonumuza yeni kənd təsərrüfatı texnikalarının gətirilməsinin nəticəsidir ki, uzun illərdən sonra camaat torpağa qayıdıb. Bu il rayonumuzda tütün əkini sahələri və barama istehsalının artırılması nəzərdə tutulmuşdur. Eyni zamanda 500 hektardan çox sahədə şəkər çuğunduru əkiləcəkdir. Bununla əlaqədar hazırlıq işləri görülür. Həyata keçirilən bütün bu tədbirlərdə məqsəd işsizliyin aradan qaldırılması, əhalinin maddi rifah halının yaxşılaşdırılmasıdır.

Sonra Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Zahid Mirzəyev hesabat məruzəsi ilə çıxış edərək 2016-cı ildə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, kənd üzrə təsərrüfatların sayı 474, əhalinin sayı 1889 nəfərdir. Nümayəndəliyin ərazisində bir bələdiyyə, 1 tam orta məktəb, 1 diyarşünaslıq evi, 1 kitabxana, 1 körpələr-evi uşaq bağçası, 1 tibb məntəqəsi fəaliyyət göstərir.
Diqqət və qayğı nümunəsi
2017-ci il yanvarın 1-i vəziyyətinə əhalidə 1912 baş iribuynuzlu mal-qara, 9750 baş xırdabuynuzlu qoyun-keçi vardır ki, bu da ötən ilə nisbətən artmaqdadır. 2016-cı ildə 113 baş inək mayalanmış və 89 baş bala alınmışdır. Nazirlər Kabinetinin 401 saylı qərarına əsasən suni mayalanma yolu ilə doğulmuş buzovlara 100 manat məbləğində subsidiyanın verilməsi insanların bu sahəyə marağını daha da artmışdır. Kəndimizdə 3 kəndli fermer təsərrüfatı vardır ki, onların da əsas fəaliyyəti heyvandarlıqla bağlıdır. İstehsal etdikləri süd və süd məhsullarını rayon bazarlarında satışa çıxarırlar.

2016-cı ilin məhsulu üçün ərazidə 200 ha buğda, 40 ha arpa biçilmişdir ki, məhsuldarlıq 33.5 sentner olmuşdur. Əkilmiş 40 ha qarğıdalıdan olan məhsuldarlıq 40 sentner, 15 ha kartofdan isə məhsuldarlıq 100 sentner təşkil etmişdir. 69 ha üzüm bağlarından 50 sentner məhsul toplanmışdır.

Kənddə 2017-ci ilin məhsulu üçün 310 ha payızlıq buğda, 40 ha arpa səpilmişdir ki, bu da ötən ilə nisbətdə 110 ha çox sahənin əkilməsi deməkdir. Bu isə sakinlərin kənd təsərrüfatına qayıdışından, ölkə prezidentinə və onun yerdə nümayəndəsi olan rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova olan inamından irəli gəlir. Həmin sahələrdə demək olar ki, tam suvarılma işləri yekunlaşmışdır. Bildiyiniz kimi bizim əraziyə suvarma suyu iki istiqamətdən, həm “Zor” arxı, həm də “Axmaz” arxı istiqamətindən daxil olur. Bizim ərazi su mənbəyindən ən axırıncı nöqtədə yerləşdiyi üçün daimi suvarma suyundan çətinliklərimiz olurdu. Lakin icra başçısının ötən il bu sahəyə ciddi tapşırıqlarından sonra suvarma suyunda heç bir çətinliyimiz olmamışdır. Aşağı Salahlı kəndi ərazisində təmizlənməsi vacib olan arxların cəmi uzunluğu 13.5 km-dir ki, bundan 7.8 km beton üzlüklü, 5.7 km torpaq məcralı arxlardır. Beton üzlüklü arxların 5.5 km uzunluqda hissəsi təmizlənmişdir. Yerdə qalan hissənin təmizlənməsinə yaxın günlərdə başlanılacaqdır.
Diqqət və qayğı nümunəsi
Hesabat ilində baramaçılıq və tütünçülük sahəsinin inkişaf etdirilməsinə başlanılmışdır. Bu sahəyə də insanlarımızda maraq çoxalmış, bununla əlaqədar bizə müraciət edənlərin sayı artmışdır. Kəndimizdə baramaçılığın daha da inkişaf etdirilməsi üçün 2 min ədəd tut ağacı tingi basdırılmışdır.

Rayonumuzda şəkər çuğundurunun əkilməsi üçün münbit şərait yaranmışdır. Bununla əlaqədar kəndimizdə şəkər çuğundurunun əkilməsi nəzərdə tutulmuşdur. Sahibkarlar və yerli istehsalçılar bu sahəyə böyük maraq göstərirlər. 70 ha torpaq sahəsində şəkər çuğunduru əkilməsi üçün İmişli şəkər zavodu ilə müqavilə bağlanmışdır.

Hesabat ilində Qazax RİH Başçısının sərəncamına uyğun olaraq kəndimizdə işçi qrupu yaradılmış, kənd sakinlərinin qaldırdıqları problem işçi qrupu ilə birlikdə həll edilmişdir.
Diqqət və qayğı nümunəsi
Kəndimizdəki körpələr-evi uşaq baxğasının binası köhnə olmasına baxmayaraq cari təmir işləri aparılmış, həyətində ağac və gül kolları əkilmişdir. Bağçada uşaqlar üçün normal şərait yaradılmışdır.

İnzibati idarə binasının 1 otağında və binanın fasad hissəsində, Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksində və şəhidlər bulağında təmir işləri aparılmış, ağac və gül kolları əkilmişdir. Kəndin yuxari hissəsində yerləşən avtobus dayanacağı nümayəndəlik tərəfindən təmir edilmiş və bir ədəd stul quraşdırılmışdır.
Diqqət və qayğı nümunəsi
Məktəbin yanında yerləşən artezian quyusunun üzərində olan su çənində təmir işləri aparılmış, borular dəyişdirilmiş və “Salmanlı” məhəlləsinə daxil olan 150 p/m uzunluğunda su xəttində təmir işləri aparılmışdır. Kəndin Aşrallar adlanan ərazisində 60 p/m uzunluğunda qol arxı ekskavator vasitəsilə təmizlənmiş və orada yerləşən su arxına 1 ədəd su ötürücü boru salınmışdır. Kəndin ərazisində K1 adlanan suvarma kanalının 200 metrlik hissəsi texnika vasitəsilə təmizlənmişdir. Kəndin Həsənlər adlanan məhəlləsində ötən illərdə qazılmış artezian quyusu balansa alınmış, həmin artezian quyusunun üzərində 10 tonluq su çəni qoyulmuş, məişət suyunun istifadəsi üçün 30 ailənin hər birinin evinə boru xətləri çəkilmiş və krant qoyulmuşdur. Yenə həmin ərazidə əhalinin həyətyanı sahələrinin suvarılması üçün arxın 250 p/m uzunluğunda olan hissəsi ekskavator vasitəsilə təmizlənmişdir.

Kəndin girişində kəndin ünvanını bildirən lövhə olmadığını nəzərə alaraq orada müasir standartlara cavab verən “Obelisk” inşa edilmiş, üzərinə abisovka vurulmuş və ətrafında abadlıq işləri aparılmışdır.

3 km uzunluğunda qəbiristanlığa gedən yolun 1.6 km hissəsində əsaslı təmir işləri aparılmış, dəmyə xırı tökülərək hamarlanmışdır.
Diqqət və qayğı nümunəsi
Yeni il qabağı rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində kənddə yaşayan şəhid ailələrinə, Qarabağ və Böyük Vətən Müharibəsi iştirakçılarına daim diqqət və qayğı göstərilmiş, şəhid ailələrinə bayram sovqatları verilmişdir. Bundan başqa 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə Heydər Əliyev Fondu tərəfindən 17 nəfər ünvanlı sosial yardım alan ailələrə bayram sovqatları verilmişdir. Bunun üçün ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya kənd sakinləri adından öz dərin minnətdarlığımı bildirirəm.
Diqqət və qayğı nümunəsi
Ərazidə 348 abonent elektrik enerjisindən istifadə edir. Kənddə əhalini 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 3 ədəd 100 kv-luq, 1 ədəd 250 kv-luq, 3 ədəd 63 kv-luq transformator fəaliyyət göstərir.
Diqqət və qayğı nümunəsi
Aşağı Salahlı kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük, və heyvandarlıq təşkil edir. Əhali istehsal etdiyi məhsulları rayon bazarında satışa çıxarırlar. Dövlət başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında 2007-ci il 23 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar 2016-cı ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə 516 ha torpaq sahəsinə ayrılmış 31843 manat hər bir istehsalçının plasik kart hesabına köçürülmüşdür.

İcra nümayəndəsi görülmüş işlərlə yanaşı kənddə görülməsi vacib olan bir neçə məsələni də qeyd edib.

- Kür çayının sağ sahilində bənd bərkitmə işlərinin aparılması üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaq;

- Ərazidə yeni subartezian quyularının qazılması;

- Kür çayının sağ sahilində yerləşən vətəndaşlara məxsus pay torpaqlarında həm suvarmanın yaxşılaşması üçün, həm də torpaqların şoranlaşmasının qarşısının alınması üçün drenaj kanallarının təmizlənməsi və suvarma arxlarının beton üzlüyə alınması;

- Yeni tibb məntəqəsinin tikintisi üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmaq;

- Aşağı Salahlı kəndində yerləşən Diyarşünaslıq evinin dam örtüyünün dəyişdirilməsi;

- Yeni Poçt filialının tikintisi;

- Ərazidə yerləşən iki ədəd transformatorun dəyişdirilməsi.

Kənd sakinlərindən Şakir İsgəndərov, Mirzə Nuruyev, Nüsrət Aşırov, Asimə Ballayeva, Namiq Allahverənov, İslam Musayev, Elnur Mirzəyev, Cavid Budaqov, Mahmud Mirzəyev və başqaları çıxış edərək onlara daim diqqət və qayğı göstərdiyinə, kənd sakinləri ilə tez-tez görüşüb problemlərini həll etdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Elçin İSMAYIL

Geri qayıt