Əsas Səhifə > Manşet / Rəsmi > Körpələrə qayğı diqqət mərkəzində

Körpələrə qayğı diqqət mərkəzində


11-03-2019, 21:00


Son illərdə ölkəmizdə dövlət tərəfindən cəmiyyətin ən zərif və kövrək nümayəndələri olan uşaqlara olan diqqət və qayğı, göstərilən nəvaziş göz önündədir. Hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu gün isə bu siyasət ulu öndərin siyasi kursunun layiqli davamçısı, Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. 

Artıq 3 ilə yaxındır ki, Respublika Prezdenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da uğurla icra olunur. Ölkəmizdə dövlət tərəfindən uşaqlara göstərilən diqqət və qayğının nəticəsidir ki, yeni tikilən uşaq bağçalarının sayı ildən-ilə artır.

Bu gün rayonda fəaliyyət göstərən 25 uşaq bağçasından (6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir) 19-nun müasir standartlara cavab verən səviyyəyə çatdırılması və körpə fidanların istifadəsinə verilməsi bu dediklərimizin bariz nümunəsidir.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin mərkəzində yerləşən və cari ilin yanvar ayının 21-də istifadəyə verilən 90 yerlik 6 saylı körpələr evi-uşaq bağçasında olub.

Rayon rəhbəri körpələrə verilən  ərzaqların keyfiyyəti, uşaqlara göstərilən diqqət və qayğı ilə maraqlanıb. Balaca fidanların tibbi müayinə olunmalarına xüsusi nəzarət olunmasını bildirib və uşaqların mütəmadi olaraq müayinədən keçmələrini tövsiyə edib. 

Bağçanın müəllimləri, tərbiyəçiləri yaradılan şəraitə, uşaqlara göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.




GOYEZEN.AZ


Geri qayıt