Əsas Səhifə > Manşet / Kənd təsərrüfatı > İcra başçısı Novruz yarmarkasına hazırlıq işləri ilə tanış olub
İcra başçısı Novruz yarmarkasına hazırlıq işləri ilə tanış olub9-03-2019, 16:19 |
Bildiyiniz kimi, qarşıdan milli və qədim bayramımız olan Novruz bayramı yaxınlaşır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu bayrama xüsusi hazırlıq işləri görülür. Bayram tədbirləri ilə yanaşı, rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Bayram ərəfəsində rayonda təşkil olunacaq "Novruz” yarmarkası da həmin işlərin bariz nümunəsidir. Hər il olduğu kimi, bu il də Qazax şəhərindəki Təzə Bazarda 15 mart 2019-cu il tarixdən Novruz yarmarkası təşkil olunacaq. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Təzə Bazarda olub, hazırlıq işləri ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, yarmarkanın keçiriləcəyi ərazidə səliqə-səhman və abadlıq işləri aparılıb. Ümumilikdə, yarmarkanın rayon ərazisində yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Xüsusilə də istehsalçıların məhsullarının daşınması və yerləşdirilməsi üçün lazımi tədbirlər görülüb. Görülən işlərlə tanış olan icra başçısı satışa çıxarılan məhsulların keyfiyyətinə və çeşidlərinə xüsusi diqqət yetirilməsi, bazarla müqayisədə yarmarkada qiymətlərin daha əlverişli olmasına fikir verilməsini bildirib, bu barədə tapşırıq və tövsiyələrini verib. Məlumat üçün qeyd edək ki, mart ayının 15,16,17,18,19 tarixlərində keçiriləcək yarmarkanın imkanlarından rayon əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər faydalana bilərlər.
GOYEZEN.AZ
Geri qayıt |