Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


4-03-2019, 22:00


Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda hər zaman ön plana çəkilir. Bunu keçirilən fərdi qəbullardan da aydın şəkildə görmək olar. Bu cür qəbulların keçirilməsində əsas məqsəd ölkə başçısının da söylədiyi kimi xalqa xidmət prinsipinin və sakinlərin rahatlığının təmin olunmasıdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Hüseynbəyli kənd sakini, Qarabağ müharibəsi veteranı Nəbiyev Elxan Talıb oğlu evinin təmirinə köməklik olunmasını bildirib. Vətəndaşın istəyini dinləyən icra başçısı yerində baxış keçiriləcəyini və qaldırılan məsələyə baxılacağını qeyd edib.

Yuxarı Salahlı kənd sakini, III qrup əlil Şıxməmmədova Bəsdi Alyoşa qızı həyətyanı torpaq sahəsi ilə təmin olunması və ünvanlı sosial yardımın ödənilməsinə köməklik göstərilməsini xahiş edib. Vətəndaşa aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub.

Kəmərli kənd sakini Yusubova Nərminə Ağası qızı müraciətində yoldaşının adına verilmiş torpaq sahəsinin geri qaytarılmasına köməklik olunmasını xahiş edib. Vətəndaşı dinləyən rayon rəhbəri qaldırılan məsələnin ətraflı şəkildə araşdırılması üçün aidiyyəti üzrə tapşırıq verib.

Şəhər sakini Məmmədov Telman Tatar oğlu da həyətyanı torpaq sahəsi ilə təmin olunma barədə müraciət etdiyini bildirib. Vətəndaşın məsələsinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıq verilib.

Daş Salahlı kənd sakini Kosayev Şahvələd Hümbət oğlu isə torpaq sahəsi və ya evlə təmin olunmasını qeyd edib. Torpaqla bağlı aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub. Mənzillə bağlı istəyinə isə baxılacağı bildirilib.

Şəhər sakinləri Əsgərova Kəmalə Nüsrəddin qızının, İskəndərova Mətanət Musa qızının, Kosalar kənd sakini, Qarabağ müharibəsi veteranı Əhmədov İsmayıl Abdulkərim oğlunun, Çaylı kənd sakini Mərdalıyeva Nüranə Sirac qızının, Ağköynək kənd sakini Budaqov Mehman Əli oğlunun müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.










GOYEZEN.AZ


Geri qayıt