Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


25-02-2019, 22:00


Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda daim diqqət mərkəzində saxlanıldığını keçirilən fərdi qəbullardan aydın şəkildə görmək olar. Bu cür qəbulların keçirilməsi bir məqsədə xidmət edir ki, onun kökündə sakinlərin rahatlığı dayanır. Məhz bu qayğının nəticəsidir ki, sakinlər öz arzu və istəklərini məktubla yanaşı, fərdi şəkildə də çatdıra bilirlər. Keçirilən hər bir fərdi görüş zamanı vətəndaşları narahat edən məsələlər dinlənilir və həlli istiqamətində müvafiq tapşırıqlar verilir.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini fərdi şəkildə qəbul edib, onları narahat edən məsələləri dinləyib.

Orta Salahlı kənd sakini Murğuzov Nəbi Mustafa oğlu əmək pensiyasının düzgün hesablanmaması, Xanlıqlar kənd sakini Şahvələdov Alı Ərəb oğlu vaxtilə çalışdığı müəssisədən müavinət ala bilməməsi barədə müraciət ediblər. Vətəndaşları diqqətlə dinlyən rayon rəhbəri qaldırılan hər bir məsələnin araşdırılmasını bildirib və rəsmi qaydada cavab verilməsi ilə bağlı aidiyyəti üzrə tapşırıq verib.

Xanlıqlar kənd sakini, II qrup xidmət əlili Aslanov Sahib Famil oğlunun mənzillə təmin olunması ilə bağlı müraciətinə cavab olaraq məsələyə baxılacağı bildirilib.

Xanlıqlar kənd sakinləri Cəfərova Zöhrə Məhəmməd qızı oğluna, Məmmədova Münəvvər Məmməd qızı qızına əlillik dərəcəsinin alınmasına köməklik olunmasını xahiş ediblər. Vətəndaşları dinləyən icra başçısı aidiyyəti üzrə müraciət etmələrini bildirib. Müraciətə baxılması üçün aidiyyəti şəxslərə tapşırıq verib.

Kosalar kənd sakini Əsgərzadə Əsmər Cavid qızı özünün, şəhər sakini Rəhimova Cəmiylə Narkom qızı övladının işlə təmin olunmaları barədə müraciət ediblər. Vətəndaşlara müvafiq iş yerləri təklif edilib və sənədlərini təqdim etmələri tövsiyə olunub.

Cəfərli kənd sakini Məmmədova Roza Əsəd qızının, Məzəm kənd sakini Rəhimov Akif Nuru oğlunun, Xanlıqlar kənd sakini Məmmədova Pakizə Narkom qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.




GOYEZEN.AZ


Geri qayıt