Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşların müraciəti həll olunub

Vətəndaşların müraciəti həll olunub


10-02-2019, 15:46


Bu gün Qazaxda bütün sahələrlə yanaşı, vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi də daim diqqət mərkəzində saxlanılır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi həssaslıqla yanaşmasının nəticəsidir ki, hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir.

Ötən yazımızda rayon rəhbərinin bir qrup rayon ağsaqqalının istəyini nəzərə alaraq onların istirahət etdiyi Qazax rayon Müharibə və Əmək Veteranlarının İstirahət Mərkəzində olması, müraciətlərini dinləyib, qayğıları ilə maraqlanması barədə məlumat vermişdik. Ağsaqqalların istirahət mərkəzinin istilik sistemi ilə təmin olunması ilə bağlı müraciətini dinləyən icra başçısı qaldırılan məsələnin həll olunması üçün elə yerindəcə aidiyyəti üzrə tapşırıq vermişdi.

Artıq ağsaqqalların qaldırdıqları məsələ də öz müsbət həllini tapıb. Belə ki, istirahət mərkəzi istilik sistemi ilə təmin olunub.

Bu gün rayon rəhbəri yenidən həmin istirahət mərkəzində olub, ağsaqqallarla görüşüb, çəkilən istilik sisteminin mövcud vəziyyəti ilə maraqlanıb.

Sonra icra başçısı istirahət mərkəzinin yaxınlığında yerləşən "Məhəllə” çörəkbişirmə sexində də olub. Sexdəki mövcud vəziyyətlə tanış olan rayon rəhbəri sakinlərə göstərilən xidmət və təklif olunan ərzağın keyfiyyətinin yüksək səviyyədə olmasını qeyd edib, bəzi tapşırıq və tövsiyələrini verib.


GOYEZEN.AZ

 


Geri qayıt