Respublika
Prezidenti İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili son
iki il yarımdır ki, Qazax rayonunda da ön plana çəkilir. Rəhbər kimi təyin
olunduğu ilk gündən bu amili özünün gündəlik fəaliyyətində əks etdirən Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun sakinlərlə keçirdiyi görüşlər
artıq bir ənənə halını alıb. Rayon rəhbərinin mütəmadi olaraq sakinlərin
arasında olması, onların qayğıları ilə yaxından maraqlanması, narahat edən
məsələləri öz dillərindən eşitməsi və həlli istiqamətində konkret tapşırıqlar
verməsi bu dediklərimizin əyani sübutudur.
İcra başçısı bu gün "Nazim”
MMC-yə məxsus şəhərin mərkəzində yerləşən bazarda olub, sakinlərlə görüşüb, səmimi
söhbət edərək onları narahat edən məsələlərlə, qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə
başladığım ilk gündən çalışmışam ki, hər zaman siz sakinlərin yanında olum, mövcud
vəziyyəti öz dilinizdən eşidim. Həlli mümkün olan nə varsa, onu edim ki, siz
sakinlərin qayğıları azalsın. Son iki il yarımda rayonda görülən işlərdən, eləcə
də mərkəzi bazarda yaradılan səliqə-səhman işlərindən söz açan icra başçısı
bildirib ki, bütün işləri görməkdə məqsədimiz siz sakinlərin rahatlığını təmin
etmək, sadə əmək adamlarının öz məhsullarını rahat şəkildə satmaları üçün hər
cür imkanı yaratmaqdır. Sakinlərlə səmimi söhbət aparan rayon rəhbəri satılan hər
bir məhsulun keyfiyyətinə fikir verilməsini tövsiyə edib və əhalinin
sağlamlığının qorunması baxımından keyfiyyətin, xüsusilə də sanitariya
qaydalarına ciddi əməl olunmasının çox vacib məsələ olduğunu bildirib.
Rayon rəhbəri ilə səmimi söhbət
edən sakinlər ürək sözlərini çatdırıb, onlara göstərilən diqqət və qayğıya görə
minnətdarlıq ediblər. Rayonda tikinti-quruculuq işlərinin geniş vüsət almasını,
sosial obyektlərin yaradılmasını, xüsusilə də şəhərin təmizliyinin daim nəzarətdə
saxlanılmasını yüksək qiymətləndirən sakinlər onlarla keçirilən bu cür görüşləri
də razılıq hissi ilə qarşılayıblar.
GOYEZEN.AZ
Geri qayıt
|