Əsas Səhifə > Manşet / Sosial > Vətəndaşların müraciətinə yerində baxılıb

Vətəndaşların müraciətinə yerində baxılıb


26-01-2019, 12:54


Bu gün hər kəsə yaxşı məlumdur ki, Qazaxda bütün sahələrlə yanaşı, vətəndaş amili də ön plana çəkilir. Görülən bütün işlər rayon sakinlərinin maddi rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına, rahatlığının təmin olunmasına, bir sözlə, vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən vətəndaşların müraciətlərinə əsasən yerində baxış keçirməsi, qaldırılan məsələnin həlli istiqamətində yerindəcə tapşırıq verməsi isə bunun bariz nümunəsidir. Məhz son iki il yarımda rayon rəhbərinin vətəndaşın müraciətinə xüsusi qayğı və həssaslıqla yanaşmasının nəticəsidir ki, hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir.

Rayon rəhbəri bu gün də bir qrup rayon sakininin istəyini nəzərə alaraq şəhərin "Mal bazarı” deyilən ərazisində olub, müraciətlərini dinləyib. Ərazidəki mövcud vəziyyətlə tanış olan icra başçısı bazar ətrafında səliqə-səhman və abadlıq işlərinin aparılması, yeni infrastrukturların yaradılması istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.

Sakinlərin istəyini diqqətlə dinləyən rayon rəhbəri qeyd edib ki, necə ki, şəhərin mərkəzi bazarında sakinlərin rahatlığı üçün hər cür şərait yaradıldı, eləcə də bu bazarda vətəndaşların öz mal-qarasını rahat şəkildə satması üçün şərait yaradılacaqdır.

İcra başçısı qeyd edib ki, ölkə başçısının da söylədiyi kimi, görülən bütün işlər bir amala xidmət edir ki, onun da kökündə siz sakinlər dayanırsınız. Məqsədimiz sizlərin rahatlığını təmin etmək və qaldırdığınız hər bir məsələnin öz müsbət həllini tapmasına nail olmaqdır.



 

GOYEZEN.AZ

 


Geri qayıt