Əsas Səhifə > Manşet / Sosial > Daş Salahlı kəndində yeni asfalt yolun çəkilişi davam edir

Daş Salahlı kəndində yeni asfalt yolun çəkilişi davam edir


21-01-2019, 21:40


Bu gün sevindirici haldır ki, son 15 ildə ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz bu siyasət nəticəsində Azərbaycan bütün dünyada güclü dövlət kimi tanınır. Dövlət başçısının rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri, çoxsaylı layihələrin icrası, bir sözlə, bütün sahələrdə olan inkişaf Azərbaycanın parlaq gələcəyinə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına hesablanıb. Təqdirəlayiq hal isə odur ki, bu inkişaf təkcə paytaxtda hiss olunmur, həmçinin, respublikamızın bütün bölgələrində nəzərə çarpır.

Son illər Qazaxda bütün sahələrdə əldə olunan uğur və nailiyyətlərdən də bu inkişafı görmək olar. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlərdən biri də yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərdir.

Son iki yarımdır ki, dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda da diqqətəlayiq işlər görülür.

Rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Təkcə son iki il yarım ərzində Kosalar, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsi, uzun illərdən bəri yaranmış problemin öz müsbət həllini tapması bu dediklərimizin əyani sübutudur.

Rayonda dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərancamlara əsasən yeni asfalt yolların çəkilməsi vətəndaşların rahatlığının təmin olunmasına xidmət edir.

Bu il daha bir yolun - uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulması bölgələrimizdə yol infrastrukturunun uğurla davam etdirilməsi deməkdir. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolu çəkilərək sakinlərin istifadəsinə verilib.

Xəbər verdiyimiz kimi, artıq bir həftədir ki, Daş Salahlı kəndində uzunluğu 11,5 km olan yeni asfalt yolun çəkilməsinə də başlanılıb.

İlk olaraq "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun "Damcılı” filialına gedən yolda işlərə start verilib. Belə ki, "28 nömrəli Yol İstismarı” MMC tərəfindən asfalt yolun çəkilməsi üçün alt hissənin hazırlıq işləri görülüb, hazırda isə asfalt qatının vurulmasına başlanılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yolda görülən işlərlə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, işlərin belə sürətlə aparılması onu deməyə əsas verir ki, yaxın günlərdə kəndin bu istiqamətində yolun çəkilişi başa çatacaqdır.

Görülən işlərlə tanış olan rayon rəhbərliyi işlərin keyfiyyətlə aparılmasını bildirərək tapşırıq və tövsiyələrini verib.








GOYEZEN.AZ


Geri qayıt