Əsas Səhifə > Manşet / Səhiyyə > Qazax Rayonlararası Ruhi Xəstəxanada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib
Qazax Rayonlararası Ruhi Xəstəxanada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib24-12-2018, 21:27 |
Azərbaycanlılar üçün əziz bayram olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə tədbirlərlə qeyd olunur. Bu gün növbəti belə bayram tədbirlərindən biri Qazax Rayonlararası Ruhi Xəstəxanada 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təşkil olunub. Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, qonaqlardan -Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Gəncə Əsəb Dispanserinin baş həkimi Tərlan Hüseynova, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, mərkəzin baş məsləhətçisi Emil Şəmmədli, RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, xəstəxananın işçiləri və müalicə olunan xəstələr, KİV nümayəndələri və musiqiçilər iştirak ediblər.
Tədbirin aparıcısı, gənc rəssam Akif Əmirov bayram təbriklərini çatdıraraq yeni il şənliyini açıq elan edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram şənliyində çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xəstəxanada çalışan işçiləri və müalicə olunan bütün xəstələri təbrik edib, onlara ən xoş arzularını bildirib.
İcra başçısı qeyd edib ki, respublikamızda, eləcə də rayonumuzda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də böyük diqqət və qayğı göstərilir. Bunu tikilən və əsaslı şəkildə təmir olunan tibb ocaqlarının timsalında aydın şəkildə görmək olar. Rayon rəhbəri hazırda rayonumuzda inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisinin başa çatdığını və son tamamlanma işlərinin aparıldığını qeyd edib. Ruhi xəstəxanada aparılmış təmir işlərindən danışan icra başçısı binada xeyli işlərin görüldüyünü qeyd edərək xəstələrin müalicə olunması və qidalanması üçün normal şərait yaradıldığını bildirib. Təmir işlərinin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək əlamətdar gün münasibətilə xəstəxanada müalicə olunan xəstələrə və bütün kollektivə səmimi təbriklərini çatdırıb. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərildiyini bildirib. Dövlət başçısının səhiyyə sahəsinə olan diqqət və qayğısının Qazaxda da hiss olunduğunu qeyd edib. Rayonda 145 çarpayılıq yeni Mərkəzi Xəstəxananın tikintisini bu qayğının əyani sübutu kimi qiymətləndirib.
Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova səhiyyə sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq bütün tibb işçiləri adından ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində rayonumuzda səhiyyənin inkişaf etməsindən danışan baş həkim qeyd edib ki, illərdən bəri diqqətdən kənarda qalmış ruhi xəstəxanada bu gün normal şərait yaradılıb. Yaradılan yüksək şəraitə və sonsuz diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini ifadə edib.
Xəstəxananın baş həkimi Ramiz Mansurov çıxış edərək bildirib ki, ilk dəfə 8 Mart – Beynəlxalq Qadınlar bayramı münasibətilə tədbir keçirilən zaman biz bu diqqət və qayğını hiss etdik. Bu gün isə yeni il bayramının belə yüksək səviyyədə təşkil olunması o deməkdir ki, səhiyyə sahəsinə olan qayğı daim diqqət mərkəzindədir. Baş həkim onlara göstərdiyi diqqət və qayğıya görə icra başçısına kollektiv adından, xəstəxanada müalicə olunan xəstələr adından öz dərin minnətdarlığını bildirib.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov çıxış edərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Ombudsmanı Elmira Süleymanovanın adından salamlarını çatdırıb. Qarşıdan gələn yeni il bayramı münasibətilə ən xoş təbriklərini bildirib. Qeyd edib ki, ölkə başçısı İlham Əliyevin də söylədiyi kimi, sağlam cəmiyyət, sağlam millət hər bir dövlətin inkişafı üçün olduqca vacibdir. Bunu nəzərə alaraq Azərbaycanda səhiyyə sisteminin inkişafı da prioritet sahə kimi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu inkişafı çoxsaylı səhiyyə ocaqlarının, tibb mərkəzlərinin istifadəyə verilməsindən, ölkəmizdə olan səhiyyə müəssisələrinin müasir avadanlıqlarla, texnika ilə təmin olunmasından da aydın şəkildə görmək olar.
Gəncə Əsəb Dispanserinin baş həkimi Tərlan Hüseynova da bayram şənliyində öz ürək sözlərini çatdırıb. Qazaxda keçirilən bu cür yüksək səviyyəli tədbirləri səhiyyə sahəsinə, xüsusilə də ruhi xəstəxanada müalicə olunan xəstələrə göstərilən böyük diqqət və qayğı kimi dəyərləndirib.
Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev çıxış edərək rayonumuzda həyata keçirilən genişmiqyaslı işlərə görə rayon rəhbərliyinə bütün qazaxlılar adından dərin minnətdarlığını bildirib. Son iki il yarımda Qazaxda vətəndaş amilinin ön plana çəkildiyini, rayon rəhbərinin hər bir qazaxlının yanında olmasını sakinlər tərəfindən də böyük rəğbət hissi ilə qarşılandığını söyləyib.
Sonra əmək funksiyasını peşəkarlıq səviyyəsində yerinə yetirdiyinə görə Ruhi Xəstəxanada çalışan 5 nəfər işçi – xəstəxananın baş həkimi Ramiz Mansurov, işçilərdən Tərminə Qocayeva, Kifayət Bayramova, Qabil Aşırov, Ayaz Mərdanov Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. Xəstəxanada müalicə olunan xəstələrə isə hədiyyələr verilib, bayram süfrəsi açılıb. Bayram şənliyi müğənni Nəsimi Aşbazovun, aşıqlardan Camoy Qurbanovun, Yaşar Gülümcanovun, Hacı Abdıyevin ifasında səslənən şən-şux mahnılardan ibarət konsert proqramı ilə davam etdirilib.
GOYEZEN.AZ Geri qayıt |