Əsas Səhifə > Manşet / Səhiyyə > Rayon rəhbəri vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb
Rayon rəhbəri vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb28-11-2018, 19:44 |
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də vətəndaşlara səhiyyə sahəsində göstərilən xidmət sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi mütəmadi olaraq səhiyyə ocaqlarında olmasıdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün Qazax Müalicə Diaqnostika Mərkəzinə baş çəkib, mövcud vəziyyətlə maraqlanıb. Palataları gəzərək müalicə alan xəstələrlə görüşüb və vətəndaşlara göstərilən xidmət sahələri, dərman təchizatı və yaradılan nizam-intizamla tanış olub. Rayon rəhbərliyi müalicə olunan hər bir xəstəyə həssaslıqla yanaşılmalı, diqqət və qayğı göstərilməli olduğunu bildirib. Qeyd edib ki, bu gün rayonumuzda müasir standartlara cavab verən yeni xəstəxana binası tikilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Mərkəzdə müalicə alan xəstələr ölkə başçısının səhiyyə sahəsinə olan qayğısını yüksək qiymətləndirdiklərini qeyd edərək onlarla görüşdüyünə və qayğıları ilə maraqlandığına görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Rayon rəhbərinə məlumat verilib ki, bu gün mərkəzdə nəinki rayon sakinləri, eləcə də Ağstafa, Tovuz, Şəmkir rayonlarından olan xəstələrə də tibbi xidmət göstərilir.
GOYEZEN.AZ
Geri qayıt |