Əsas Səhifə > Manşet / Sosial > Qazaxda yaradılan yeni sənaye müəssisələrinin sayı durmadan artır
Qazaxda yaradılan yeni sənaye müəssisələrinin sayı durmadan artır1-11-2018, 22:00 |
Son illər Respublika Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Qazaxda yaradılan yeni sənaye müəssisələrinin sayı durmadan artır. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu sahənin inkişafı istiqamətində mühüm işlər görülür. "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodu da yeni istehsal müəssisəsidir. Xanlıqlar kəndi ərazisində tikilən yeni zavod ölkə sənayesinin inkişafı ilə yanaşı rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə zavoda baş çəkib, görülən işlərlə tanış olub. Məlumat verilib ki, 1,5 hektar sahəni əhatə edən zavodda əsas işlər
yekunlaşıbdır. Məhsul istehsal ediləcək 2400 kvadratmetrlik örtülü sahə
istehsala tam hazırdır.
GOYEZEN.AZ
Geri qayıt |