Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaşlar fərdi şəkildə qəbul edilib

Vətəndaşlar fərdi şəkildə qəbul edilib


10-10-2018, 20:49


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Şəhər sakinlərindən Qasımova Tünzalə İman qızı, Həsənova Könül Xaliddin qızı, Kosalar kənd sakini Əsgəroa Fairə Əsgər qızı, Aşağı Əskipara kənd sakini Alıyeva Mahirə Hacı qızı, Ağköynək kənd sakini Tünzalə Məmmədova, Kosalar kənd sakini Əsədova Şəfəq Valeri qızı işlə təmin olunmalarına köməklik göstərilməsi barədə müraciət ediblər. İcra başçısı ixtisaslarına uyğun boş yer yarandığı zaman vətəndaşların müraciətlərinə baxılacağını qeyd edib.

İkinci Şıxlı kənd sakini, II qrup əlil Nəsibov Vaqif Aslan oğlu və Çaylı kənd sakini, II qrup Qarabağ müharibəsi əlili Bənnayev Aqif Ələsgər oğlunun torpaq məsələsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri sənədlərlə birlikdə aidiyyəti üzrə rəsmi qaydada müraciət etmələrini bildirib.

Ürkməzli kənd sakini Şükürova Şahnaz Mikayıl qızı yoldaşının əlillik dərəcəsinin alınmasına və oğlunun əməliyyat olunması üçün köməklik göstərilməsini bildirib. Vətəndaşa yoldaşının müayinədən keçməsi və alınmış nəticələrlə birlikdə aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub. Oğlunun əməliyyat olunması üçün isə göndəriş verilməsi aidiyyəti üzrə tapşırılıb.

Çaylı kənd sakini, rəssam Hüseynov Nəcməddin Musa oğlu aylıq müavinətinin bərpa olunmasına və sərgisinin keçirilməsinə köməklik göstərilməsini xahiş edib. Vətəndaşın müavinətlə bağlı müraciətinə baxılacağı bildirilib. Sərginin isə növbəti ayda keçirilməsi üçün aidiyyəti üzrə tapşırıq verilib.

Şəhər sakini Bayramov Sahib Həsən oğlu da işlə təmin olunmasına və əlillik dərəcəsinin alınmasına köməklik göstərilməsini bildirib. Vətəndaşa müayinədən keçməsi və alınmış nəticələrlə birlikdə aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunub. Yoldaşının xəstəliyi ilə bağlı əlillik dərəcəsinin alınmasına da köməklik olunmasını xahiş edib. Vətəndaşı dinləyən icra başçısı işlə təmin olunmasına köməklik göstərilməsini və yoldaşının məsələsi ilə bağlı baxılacağını bildirib.

Şəhər sakinlərindən İbrahimova Kəmalə Əkrəm qızının, I qrup gözdən əlil Adamov Akif Hətəm oğlunun, Şamoyeva Asya Firuddin qızının, Əliyev İsgəndər Qələndər oğlunun, Xanlıqlar kənd sakini Budaqova Aytən Namiq qızının, Quşçu Ayrım kənd sakini Məmmədova Gülsəhər Məsim qızının müxtəlif səpkili müraciətləri də müvafiq olaraq cavablandırılıb.





GOYEZEN.AZ


Geri qayıt